İcra başçısı əleyhinə çevrilən açıqlamasından danışdı - ORADA SÖHBƏT...
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevin adıçəkilən rayonda çökən körpü ilə bağlı jurnalistin sualına cavabı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, yayılan görüntülərdə media nümayəndəsinin “hazırda vəziyyət necədir” sualına İcrası başçısı “Allah cənab Prezidenti qorusun, görürsünüz də hər şey yerindədir” deyə cavab verib.
Elnur Rzayevin bu açıqlaması ilə uçmuş körpünün görüntülərin birləşdirildiyi videodan sonra icra başçısı tənqid edilib.
Xalqxeber.az bildirir ki, Elnur Rzayevin özü isə Gununsesi.info-ya açıqlamasında olay haqında danışıb:
“Birincisi, həmin jurnalist məndən müsahibə almırdı. Görüntülərdə də bu aydın bilinir. Onunla avtomobilimə qədər qeyri-rəsmi söhbət etdik. Bildirdim ki, 50 ilin körpüsüdür. Hazırda orada işləyən texnikanı göstərib, “Allah cənab Prezidenti qorusun, görürsünüz də hər şey yerindədir” dedim. Söhbət hadisədən sonra dərhal görülən işlərdən gedirdi”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...