SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » 16 yaşlı doğma qızını ərəb Veysələ 100 minə satan ata… - Azərbaycan vətəndaşı olan Elnarə Prezidentə müraciət etdi…

16 yaşlı doğma qızını ərəb Veysələ 100 minə satan ata… - Azərbaycan vətəndaşı olan Elnarə Prezidentə müraciət etdi…

Tarix:

16-08-2023, 15:23

/ 289 dəfə oxundu.
16 yaşlı doğma qızını ərəb Veysələ 100 minə satan ata… - Azərbaycan vətəndaşı olan Elnarə Prezidentə müraciət etdi…

İnsan Alverinə qarşı Mübarizə İdarəsi hara baxır..? Biz bir media olaraq bir neçə gün əvvəl konkret olaraq Azərbaycan vətəndaşı olan bir qadının – əslən İmişlidən olan, 1977-ci il təvəllüdlü Darviq Elnarə Parış qızının başına gələnlər əsasında yazı dərc etdik.
Qısa xatırlatma üçün qeyd edək ki, Elnarə İmişlinin Gövhərli kəndində anadan olub, birinci evliliyindən 2 övladı var, sonra boşanıb, Bakıda yaşayıb, məcbur olub övladlarını 2 saylı Uşaq evinə verib və özü “Dialoq” firmasının köməkliyi ilə Türkiyədə işə düzəlib. Burada aldığı 1200 dollar qazancla Bakıda bankda hesab açıb, pullar yatırıb və Binəqədidə torpaq sahibi olub.
Sonra Birləşmiş Ərəb Əmirliyində işə düzəlib və orada ərəb olan Basemlə tanış olub. Və onunla ailə qurmalı olub. Sonda Basemlə birlikdə Bakıya qayıdıblar. Onların nikahından 2 övladları -qızı və oğlu dünyaya gəlib. Bakıya qayıtdıqdan sonra Elnarə və həyat yoldaşı Basem müxtəlif yerlərdə çalışıblar. Məsələn, Basem Elnarənin tikinti sahəsində çalışan qardaşlarının yanında işləyib. Elnarə özü isə bankda olan pullarını xırda tikinti biznesinə yönəldib və nəticədə binaların birindən mənzil alıb, özü üçün restoran açıb və orada çalışıb. Evləri, maşınları olub.
Bir gün Basem Elnarəyə gecə klublarında çalışacağını, böyük pullara sahib olacağını deyib. Sözün qısası, Elnarənin dediklərindən bəlli olur ki, əri Basem Darviş Neftçilərdə yerləşən "X Life" gecə klubunda işləyib, orada Zeynəb Quliyeva ilə tanış olub və hər ikisi fahişə biznesinə girişiblər.
Belə ki, Zeynəb Quliyeva cavan qızlar, Basem Dərviş pullu ərəb turistlər taparaq onları görüşüdürüb pullar qazanıblar.
Sözün qısası, Elnarənin dediklərindən belə başa düşdük ki, ərəb Basemlə 18 illik ailə münasibətləri dağılmağa başlayıb. Və Zeynəb Quliyeva ilə Basem Dərvişin qurduğu oyunların nəticəsində Elnarə ömrü boyu qazandığı mülklərini, evlərini, maşınlarını, qızıl-zinət əşyalarını itirib, daha doğrusu, hamısını Basem Dərviş ələ keçirib.
İndi Elnarə qalıb çıxılmaz vəziyyətdə. Və deyir ki, indi də Basem Dərviş ikimizin izdivacından olan 16 yaşlı qızımızı ərəb Veysələ 100 minə satmaq istəyir. Elnarə deyir ki, dəfələrlə onu bu yoldan çəkindirməyə çalışmışam, amma Basem deyir ki, nə olsun qızım az yaşlıdır, iki ildən sonra kəbin kəsdirəcəklər… amma mən 100 min qazanacağam…
Sözün qısası, Elnarənin dediklərindən belə aydın oldu ki, Basem Dərviş və Zeynəb Quliyeva gecə klublarında fahişə satmaqla milyonçuya çevilriblər. Elnarə qorxur ki, Basem Dərviş 16 yaşlı qızını oğurlayıb ərəb Veysələ sata bilər. Elnarə həm də bu il ilk dəfə məktəbə gedəcək oğlundan da nigarandır. Düşünür ki, Basem ona təzyiq üçün uşağı oğurlaya bilər. Ona görə də, Azərbaycan vətəndaşı olan Elnarə Parış qızı üzünü cənab Prezident İlham Əliyevə, Birinci Vitse-Prezident xanım Mehriban Əliyevaya tutaraq onlardan İMDAD diləyir, uşaqlarının və özünün gələcək təhlükəsizliyinə təminat istəyir.
Yeri gəlmişkən, Elnarə Parış qızı onu da bildirdi ki, EXTRA gecə klubunda çalışan, Basemin dostu Dilsuz Dəmirçiyev həbsxanadan çıxıb və yenidən Basemlə, Zeynəblə iş birliyi qurmağa başlayıblar.
P. S. Elnarə xanım haray çəkir ki, əri Basem ərəb olduğu üçün ailəsini oranın qanunları ilə idarə edir. Amma bizim qanunlarımızda 16 yaşlı qızı məcburən Veysəl adlı ərəb şeyxinə ərə vermək yoxdur. Hüquq Mühafizə Orqanlarını Azərbaycan xanımı olan Elnarəni ərəb Basemin təzyiqlərindən xilas etməyi xahiş edirik.
Sabahnews.az

Şərhlər

XƏBƏR LENTİ