"Bəlkə də təzə rəhbərliyin xəbəri yoxdur..." - ETİRAZ
`Həsən ağa`nın cəzasız qohumları!!? Kimin qohumu olduğunuzdan asılı olmayaraq ölkənin əmək qanunvericiliyini pozan işəgötürən, həmin qanunvericiliyin müvafiq maddələrinə əsasın cəzalanmalıdır! SOCAR rəhbərliyi, Neft Daşlarına gedəndə işçiləri platformalara göndərdiyiniz köhnə, tez-tez xarab olan helikopterlə uçmadınız, canınıza qıymadınız. Arada işçiləri də fikirləşin, cənablar!" DİA.AZ bildirir ki, bu etirazla Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.
Tanınmış hüquq müdafiəçisi Kompleks Qazma İşləri Trestində çalışan işçilərdən birinin gileyini də təqdim edib:
"KQTİ-nin Neft Daslari Günəşli İstehsalat Bölümünün DSO-1887 "simen" dəyismə məsələsi hələ də həllini tapmayib. Bu gün işçiləri Dübəndi gəmi limanna çağırıblar. Gəminin yanına çatmaq üçün 3 km-dən çox yolu ələrində çantayla əzyyətlə gəlib çıxdıqdan sonra bəlli olur ki gəminin dənizə çıxışı yoxdur.
Hava şəraitinə görə bunu KQİT-nin rəhbərliyi bilə-bilə edib, insanlara zülüm etməkdən həzz alırlar. İşə getmək üçün rayonlardan gələn bir işçi ən azı 50 manat pul xərcləyir gün itirir, üstəlik də cibindəkini də yollarda xərcləyir.
Bu, bilərəkdən, qəsdən insanlara zülüm etməkdi. Bəlkə bu problemdən KQİT-nin təzə rəhbərliyinin xəbəri yoxdur, olsa bir əlac edərdi.
Büdcəmizin neft və qaz hasilatindan gələn gəlirlə formalasdığı halda neftçiyə 1 vertolyotu qıymırlar..."
Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək