"Bəlkə də təzə rəhbərliyin xəbəri yoxdur..." - ETİRAZ

Tanınmış hüquq müdafiəçisi Kompleks Qazma İşləri Trestində çalışan işçilərdən birinin gileyini də təqdim edib:
"KQTİ-nin Neft Daslari Günəşli İstehsalat Bölümünün DSO-1887 "simen" dəyismə məsələsi hələ də həllini tapmayib. Bu gün işçiləri Dübəndi gəmi limanna çağırıblar. Gəminin yanına çatmaq üçün 3 km-dən çox yolu ələrində çantayla əzyyətlə gəlib çıxdıqdan sonra bəlli olur ki gəminin dənizə çıxışı yoxdur.
Hava şəraitinə görə bunu KQİT-nin rəhbərliyi bilə-bilə edib, insanlara zülüm etməkdən həzz alırlar. İşə getmək üçün rayonlardan gələn bir işçi ən azı 50 manat pul xərcləyir gün itirir, üstəlik də cibindəkini də yollarda xərcləyir.
Bu, bilərəkdən, qəsdən insanlara zülüm etməkdi. Bəlkə bu problemdən KQİT-nin təzə rəhbərliyinin xəbəri yoxdur, olsa bir əlac edərdi.
Büdcəmizin neft və qaz hasilatindan gələn gəlirlə formalasdığı halda neftçiyə 1 vertolyotu qıymırlar..."
Məsələ ilə bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..