SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kəmalə Süleymanova: “Təhsiledu Group” Tədris Mərkəzi şəhid və qazi övladlarına təmənnasız xidmət göstərəcək

Kəmalə Süleymanova: “Təhsiledu Group” Tədris Mərkəzi şəhid və qazi övladlarına təmənnasız xidmət göstərəcək

Tarix:

24-06-2023, 21:16

/ 9 238 dəfə oxundu.
Kəmalə Süleymanova: “Təhsiledu Group” Tədris Mərkəzi şəhid və qazi övladlarına təmənnasız xidmət göstərəcək

Dövrümüzün ən prestijli və öndə gedən tədris müəssisələrindən biri olan “Təhsiledu Group” Tədris Mərkəzi 2008-ci ildən etibarən fəaliyyət göstərir.
Bugünki müsahibimiz “Təhsiledu Group” Tədris Mərkəzinin rəhbəri Kəmalə Süleymanovadır. 
Kəmalə xanım aldığımız məlumata görə, "Təhsiledu Group" Tədris Mərkəzi 2008-ci ildən bu yana 2000 nəfərdən çox tələbənin Rusiyanın bir çox universitetlərinə qəbullarını həyata keçirib. Xahiş edirik qəbul prosedurunun necə aparılması ilə bağlı məlumat verərdiniz?
Bizim Tədris Mərkəzi bu istiqamətdə ölkədə yaranan ilk şirkətlərdən biridir. 2008-ci ildən bu günə qədər Rusiyanın tanınmış böyük universitetlərinə müraciət edən tələbələrin Attestatla qəbullarını həyata keçiririk. Rusiyanın 10-dan çox universiteti ilə əməkdaşlığımız var. Tələbə lazım olan sənədlərlə ( attestat, xarici pasport, transkript, 3x4 fotoşəkil ) müraciət edir və konsultasiya zamanı seçdiyi universitet və ixtisasla bağlı ətraflı məlumat verilir. Bundan başqa ixtisas seçimində köməklik göstərilir. Qısa zamanda 7-30 iş günü müddətində seçdiyi ali məktəbə qəbul həyata keçirilir. Şirkətimizin əsas özəlliyi odur ki, tələbə təhsil aldığı gündən bitirdiyi vaxta qədər ona bütün mövzularda dəstək oluruq. Həmçinin tələbələrə diplomlar təsdiq olunmuş şəkildə ( apostil olunmuş ) təqdim edilir.
Mərkəziniz Rusiya ilə yanaşı Türkiyənin də bir çox universitetlərinə qəbul alır. Hal-hazırda tələbələr daha çox Türkiyəyə üz tuturlar buna səbəb nədir?
Türkiyə universitetlərinin dünya miqyasında etibarlılığı var. Həmçinin əlavə bir neçə səbəblər də var:
Keyfiyyətli təhsil sistemi;
Tələbəyə uyğun yaşayış xərcləri
Münasib təhsil haqqı qiymətləri
Milli-mədəni bənzərlik və qardaş ölkə olması.
Türkiyənin hansı şəhərlərində həm yaşam həm də təhsil xərcləri münasibdir?
Xərclər tələbənin təhsil aldığı şəhərə görə, dəyişir. Hər kəsin cibinə uyğun həm yaşam həm də təhsil xərcləri mövcuddur. Böyük şəhərlər xaric digər şəhərlərdə xərclər münasibdir.
Hal-hazırda ən aktual mövzu diplomların tanınmasıyla bağlıdır. Tələbə təhsilini bitirib, qayıtdıqda diplom ölkədə tanınırmı?
Əgər tələbənin təhsil aldığı müddətdə davamiyyətində və ölkəyə giriş çıxışında heç bir problem yoxdursa tanınır. Tələbə lazımi sənədlərlə Təhsildə Keyfiyyətin Təminatı Agentliyinə müraciət edərək diplomunu təsdiqlədə bilər.
Tələbələr magistr pilləsində təhsil almaq üçün daha çox hansı ölkəyə müraciət edirlər və proses necə gedir?
Tələbələr təhsil aldıqları bölməyə, dil biliklərinə, ixtisaslarına görə özlərinə uyğun ölkəni, universiteti və ixtisası seçirlər. Magistr pilləsinə iki cür qəbul almaq mümkündür. Həm imtahanla həm də imtahansız. 
İmtahansız qəbul almaq üçün müraciətlərin sayı günü-gündən artır.
Qəbul almaq üçün lazım olan sənədlər:
Bakalavr diplomu 
Akademik transkript
İki ədəd akademik referans
Xarici pasport
3x4 fotoşəkil (4 ədəd)
Məlumata görə, Tədris Mərkəzinizdə şəhid və qazi övladlarına ödənişsiz sınaqlar həmçinin təkmilləşdirmə hazırlıqları keçirilir. Xahiş edirik bu barədə ətraflı məlumat verərdiniz?
Şəhid və Qazi ailələrinə dövlətimiz yetərincə diqqət göstərir. Lakin düşünürəm ki, hər bir vətəndaş şəhid və qazi ailələrinə əlindən gələn dəstəyi göstərməlidir. Bizim də əlimizdən gələn dəstək tədris sahəsində olduğu üçün şəhid və qazi övladlarına bu fürsəti yaratdıq.







Şərhlər

XƏBƏR LENTİ