İş təklifi adı altında AÇIQ DƏLƏDUZLUQ... - NƏZARƏTSİZ QALIBLAR...
"Deməli, instagramda yaranan yeni növ dələduzluqdan danışmaq isdərdim sizlərə. Və bizim kimi neçə nəfər aldadılıb..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Xosrov Əsgərzadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra yazır: "Bu dırnaq kursu bütün hamıya vakansiya təklif edir yüksək maaşla ( Vakansiyalar isə İnstruktor və İnstruktor köməkçisidir. ) və işə başlamaq üçün mütləq kursu bitirmək lazımdır ki, o proqramla dərs keçəsən. Kurs isə ödənişlidir ( 250₼ ). Bizə tapşırıldı ki, orada heçkəsə iş üçün gəldiyimizi deməyin. Əsas məsələdə bundan sonra başlayır.
Sən demə bütün ora gələnlərə iş vədi verilir, və hələdə vakansiya davam edir.
Sizlərdən xahiş edirəm ki, bu cür yerlərə inanmayın. Əgər sizə kurs qarşılıqında iş təklif olunursa, bu barədə çox - çox fikirləşin.
Mən isə bilmirəm hara şikayət edim.
Əgər qrupda bunlardan şikayəti olan başqa birisi varsa yazsın kütləvi şikayət edək. Mən şikayətimi edəcəm.
Vatsapp yazışmalarıda var məndə..."
Dia.az











Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...