Qazax rayon mərkəzi xəstəxanasında "anestezist həkim yoxdur" iddiası
Dünən redaksiyamıza daxil olan bir məlumatda bilidirilir ki, Qazax rayon 1 saylı məktəbin həyətində, həmin məktəbin texniki işçisi, soyadını öyrənə bilmədiyimiz, Vüqar adlı şəxs hündür gilas ağacından yıxılıb. Nəticədə həmin şəxsin ayağı omba qismindən sınıb. Təcili yardım xidmətinin çağırılmasıyla Vüqar şəhər mərkəzi xəstəxanasına çatdırılıb. Lakin, mənbənin bildirdiyinə görə, xəstə dünəndən bu günə kimi anesteziya edilmir. Səbəb kimi isə xəstəxanada anestezist həkimin olmaması göstərilib. Məlumata görə zədəli şəxs eyni səbəbdən əməliyyata da alınmayıb. ![]()
Hadisəylə əlaqədar, mərkəzi xəstəxananın hüquqi şöbəsinin müdiri Pərvin Əhmədovla əlaqə saxladıq. O isə, xəstəxanada anestezist həkimin olmaması barədə verilən məlumatın əsassız olduğunu və hal-hazırda xəstənin əməliyatda olduğunu bildirdi. "Hadisə barədə aidiyyati qürumların məlumatı varmı" sualına isə,:- "Bəli polis şöbəsinə bildirmişik ,əməliyyatdan sonra yəqin ki, gəlib izahatını alarlar" deyə ,cavablandırdı. Məktəbin texniki işçisi olan Vüqar iş saatında hansı məcburiyətdən gilas dərməsi isə bir başqa mövzudur. Güman ki, sözügedən məktəbin rəhbərliyi tərəfindən bu barədə ətraflı açıqlama veriləcək.
Qeyd: "Şəfəqə Doğru" mətbu orqanı olaraq məqalədə adıçəkilən şəxslərin və qurumların mövzuyla bağlı fikirlərini dərc etməyə hazırıq!
Shafaqadogru.com

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...