Generalın qardaşı Qubada bir ailəni məhkəməyə verdi - 5 qardaş və bir bacı...
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin sabiq rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanovun qardaşı Qubada bir ailənin bütün üzvlərini məhkməyə verib.
Xalqxeber.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, generalın biznesmen qardaşı, Yerfi kəndinin keçmiş icra nümayəndəsi Nazim Əlixanovun 5 qardaş və bir bacı barəsində məhkəməyə müraciət etməsinin səbəbi torpaq mübahisəsidir.
Nazim Əlixanovun məhkəməyə verdiyi şəxslər bunlardır: Babayev Hafiz Şahbaba oğlu, Babayev Kamil Şahbaba oğlu, Babayev Elman Şahbaba oğlu, Babayev Elxan Şahbaba oğlu, Babayev Şamil Şahbaba oğlu və Babayeva Gülqız Şahbaba qızıdır.
Məhkəmədə maraqlı şəxs qismində Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edəcək. İşə Quba Rayon Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, general və qardaşının Qubanının Yerfi kəndində, o cümlədən Qəçreş qəsəbəsində bir sıra otellər, villalar və digər biznes obyektləri mövcuddur. Dəfələrlə kənd sakinləri KİV-lərdə Nazim Əlixanovun onların torpaqlarını zəbt etməsi ilə bağlı məlumatlar dərc edilib.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...