SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » KREDİT GÖTÜRMƏK ÜÇÜN DİREKTORDAN ARAYIŞ İSTƏDİ, BAŞINA GƏLMƏYƏN QALMADI… - Bank əvəzinə, direktordan faizə pul götürən Ordubad sakini külli miqdarda borca düşdü

KREDİT GÖTÜRMƏK ÜÇÜN DİREKTORDAN ARAYIŞ İSTƏDİ, BAŞINA GƏLMƏYƏN QALMADI… - Bank əvəzinə, direktordan faizə pul götürən Ordubad sakini külli miqdarda borca düşdü

Tarix:

29-05-2023, 10:11

/ 473 dəfə oxundu.
KREDİT GÖTÜRMƏK ÜÇÜN DİREKTORDAN ARAYIŞ İSTƏDİ, BAŞINA GƏLMƏYƏN QALMADI… - Bank əvəzinə, direktordan faizə pul götürən Ordubad sakini külli miqdarda borca düşdü

Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Gilançay kənd sakini Kərimli Əyyub Həsən oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin redaksiyamıza göndərdiyi məktubu olduğu kimi oxuculara təqdim edirik:

“Mən, Kərimli Əyyub Həsən oğlu, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Gilançay kəndində anadan olmuşam. Hal-hazırda Ordubad rayon, Gilançay kəndində yaşayıram.

2011-ci ildə Ordubad rayon, Gilançay kəndində yerləşən “Biləv” su elektrik stansiyasında növbətçi-sürücü vəzifəsində işə başlamışam. 2011-ci ildən 2013-cü ilə kimi bankdan kredit götürmək üçün arayış alıb işimi həll edirdim. 2013- cü ildən sonra “Biləv” su elektrik stansiyasının direktoru Zeynalov Sahib Səfərəli oğlundan bankdan kredit götürmək üçün arayış istədim. O bidirdi ki, arayış verilmə prosesi dayandırılıb.

Daha sonra arayışın nə üçün lazım olduğunu soruşdu, mən də dedim ki, bankdan pul götürəcəkdim. Bir qədər fikirləşdikdən sonar mənə dedi ki, bank faizi kimi sənə pul verə bilərəm. Hər ay banka ödədiyin vəsaiti mənə ödəyərsən. Sən demə, bu insan pulu 20 faizlə verirmiş. Sonradan bildik ki, bu insan kredit təşkilatının üzvü imiş. Mənə də təcili pul lazım olduğundan, məcbur qalıb götürdüm. 1000 manat pul götürəndə faiziylə birgə 1200 manat ödəyirdik. Əlavə sənədləşməyə də 7 manat ödəyirdik. Pulu götürəndə və yaxud da aylıq ödəniş zamanı sənədləşmə aparırdı. Bəlkə də həmin sənədlər saxta idi, bilmədik.

Mən aldığım pulları vaxtı-vaxtında ödəmişəm, faiziylə birlikdə. Həmçinin, kimə pul verirdisə həmin adamdan kart tələb edirdi. Sonradan gördü ki, kreditə pul vermək xeyir edir, 1000 manatı 1 ilə yox, artıq 6 aya verdi, yenə eyni faizlə. 80 000 manat pulu dövlət idarələrinə faizlə verərək, özünə biznes qururdu.

2020-ci ildə yenidən bu insana işim düşdü. 3000 manat pul götürdüm və 3600 manata qol çəkdim. 4500 verirdisə 5400 manat qeyd edirdi. Maaş kartım Zeynalov Sahib Səfərəli oğlunda olduğuna görə, başqa bankdan da pul götürə bilməzdim.

Cəmi borcum, faiziylə birgə 5400 manat olmuşdu. Bir gün məni otağına çağırıb dedi ki, sən pulu artıq ödə, bitir, başqa adam var, ona pul verəcəyəm. Mən də bildirdim ki, maaşımdan artıq ödəyə bilmirəm. Bu sözü demişdim ki, məni təhqir edib, əl qaldırmağa başladı...

Gücüm olsaydı, ödəyib tez bitirərdim, yox idi. Qəzəbindən həmin ay işimə son verdi. Nə qədər çalışsam da, işimə qayıda bilmədim.

11 il 5 ay idi həmin idarədə işləyirdim. Axşam kor-peşman evə qayıtdım. Evimə zəng vuraraq, aldığım borcun faizi ilə 20 000 manat olduğunu dedi. Hədə-qorxu gələrək, “pulu verməsən, ailənin başına gəlməyən qalmayacaq”, - dedi. İşimiz polisə düşdü, başıma gələnləri danışdım…

Bu oyun tək mənim başıma açılmayıb. Polisdə düzünü, yəni borcumun 4500 manat olduğunu dedi. Məhkəmədə isə məndən 20 000 tələb etdi. Məhkəmə də bu borcu 16 min 560 manat dəyərləndirərək, mənim tərəfimdən ödənilməsi haqqında qərar qəbul etdi. Nə məhkəmədə, nə də polisdə bu insan bankın kağızlarını üzə çıxartmadı. Məhkəmə də tələb etmədi.

Sonradan ödədiyim pullar üçün sənədləri istəsəm də, yenidən vermədi. Dedi ki, sən ödə, neyniyirsən sənədi?!

Naxçıvanda rəhbərlik dəyişdikdən sonra bu insan yenə eyni bankın adından kreditə, artıq faizlə pul verməyə başlayıb…

Jalə FAMİLQIZI
hurriyet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ