“Sosial İnkişafa Yardım” ictimai birliyi “Qayğı” sənədli filminin çəkilməsi və bu sahədə maarifləndirilmə işinin təşkili” layihəsinin təqdimatını keçirdi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial İnkişafa Yardım” ictimai birliyi tərəfindən həyata keçirilən “Qayğı” sənədli filminin çəkilməsi və bu sahədə maarifləndirilmə işinin təşkili” adlı layihəsinin təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimi 28 aprel 2023-cü il tarixində Xocalı şəhər 2 saylı tam orta məktəbdə baş tutub.
Azərbaycan Respublikasın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırılan bu layihədə məqsəd ictimai rəydə, xüsusilə Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunması uğrunda Vətən müharibəsində və digər döyüş əməliyyatlarında iştirak etmiş şəxslərdə və onların ailə üzvlərində, eyni zamanda, Azərbaycan Ordusunda və digər qanuni hərbi birləşmələrdə xidmət etməyə hazırlaşan yaxud xidmət edən gənc nəslin nümayəndələrində Azərbaycan dövlətinin bütün imkanları ilə daim onları diqqət mərkəzində saxlaması, sosial rifahlarının yaxşılaşdırılması və gücləndirilməsinə xidmət edən tədbirləri hər zaman davam etdirəcəyini göstərmək və vurğulamaq idi. "Qayğı" sənədli filmində Azərbaycan dövlətinin müharibə iştirakçılarının bütün sahələrdə, o cümlədən sosial müdafiə sahəsində qarantı olması barədə tezis əsaslı faktlarla göstərilib. Bir daha təsdiqlənib ki, bu siyasət ardıcıl xarakter daşıyır, bu yolla xalq-dövlət birliyinin daha da möhkəmlənməsinə töhfə vermək məqsədilə yeni addımlar atılır.
Qeyd etmək lazımdır ki, “Qayğı” sənədli filmi “Aktual Media Group” mərkəzində hazırlanmışdır. Layihənin rəhbəri Fəridə Şahbazovadır. Layihə 1 mart – 30 aprel 2023-cü il tarixləri əhatə edərək 2 (iki) ay müddətində icra olunub.







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək