SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » «Azinvestkredit» BOKT-un vəziyyəti pisləşib: Sürətlə kiçilir - ZƏRƏRİ 3 DƏFƏ ARTIB

«Azinvestkredit» BOKT-un vəziyyəti pisləşib: Sürətlə kiçilir - ZƏRƏRİ 3 DƏFƏ ARTIB

Tarix:

9-05-2023, 12:34

/ 446 dəfə oxundu.
«Azinvestkredit» BOKT-un vəziyyəti pisləşib: Sürətlə kiçilir - ZƏRƏRİ 3 DƏFƏ ARTIB

Ölkənin ən kiçik bank olmayan kredit təşkilatlarından olan «Azinvestkredit» BOKT 2022-ci il üzrə maliyyə nəticələrini açıqlayıb.

Xalqxeber.az-ın məlumatına görə, FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, öldötən il «Azinvestkredit» BOKT-un faiz gəlirləri 2021-ci illə müqayisədə 11 min manat və ya 14% azalaraq 68,4 min manata enib.

Eyni zamanda şirkət müştərilərə verilən kreditlər və avanslar üzrə ehtiyatların yaradılmasına 143 min manat ayırıb.

Nəticədə «Azinvestkredit» BOKT-un xalis faiz zərəri 74 min manat təşkil edib.

2022-ci ildə BOKT komissiya gəlirləri kimi 9300 manat, digər əməliyyat xərcləri kimi 2200 manat əldə edib, 250 min maat misə xərci olub. Nəticədə «Azinvestkredit» BOKT-un xalis əməliyyat gəlirləri 63 min maat olub.

2022-ci ildə BOKT inzibati xərclərə də 117 min manat sərə edib. Nəticədə ilin sonuna xalis zərər 180 min manata yüksəlib.

Qeyd edək ki, «Azinvestkredit» BOKT 2021-ci ili də 60 min manat xalis zərərlə bitirmişdi. Amma 2022-ci ildə zərərin həcmi 3 dəfə artıb.

Zərərin artımı bütünlüklə yaradılan ehtiyatların artımı hesabına olub – 2021-ci ildə 28 min manatdıq ehtiyat yaradıomışdısa, 2022-ci ildə bu məbləğ 143 min manata yüksəlib.

2022-ci ildə şirkət sürətlə kiçilib – onun aktivləri təqribən 2 dəfə azalaraq 440 min manatdan 260 min manata enib.

Azalma özünü bütün vacib istiqamətlərdə göstərib. Əvvəla, şirkət özünün 43 min manatlıq torpaq, tikinti və avadanlıqlarını satıb, cəmi 1500 manatlıq avadanlıq qalıb.

Digər tərəfdən BOKT-un əsas «çörək ağacı» - kredit portfeli sürətlə kiçilərək 375 min manatdan 231 min manata düşüb.

Qalan portfel də elə vəziyyətdədir ki, BOKT bunun üçün 143 min manatlıq ehtiyat ayırmalı olub.

İlk baxışdan yaxşı məqam odur ki, şirkətin öhdəlikləri, yəni borcları da cüzidir – cəmi 1,5 min manat. Amma borclar olmayanda kredit vermək üçün dövriyyə vəsaitləri də tapılmır.

Vaxtilə «Azinvestkredit» BOKT-un səhmdarları buraya yarım milyon maat nizamnamə kapitalı yatırsalar da davamlı zərərlər bu vəsaitin yarısını «əridib» və məbləğ 257 min manata düşüb.


Şərhlər

XƏBƏR LENTİ