Gəncədə bu işyerində uşağı işlətdilər: İŞƏ POLİS QARIŞDI... - TƏFƏRRÜAT
Uşaqlar, onların yaşına, sağlamlıq vəziyyətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olan əməklə məşğul olmaq hüququna malikdirlər.Bir qayda olaraq, işə düzəlmək üçün minimum yaş həddi 15 yaşdır. Məktəbi bitirmənin minimum yaş həddi 15 yaşdır, belə ki, icbari ümumi təhsilin müddəti 9 ildir. 15-18 yaşında olan şəxslərlə əmək müqaviləsinin bağlanması zamanı valideynlərdən (qəyyumlardan) birinin yazılı razılığı lazımdır. Orta ümumtəhsil məktəblərinin, peşə məktəblərinin, liseylərin, orta-ixtisas təhsil müəssisələrinin 14 yaşına çatmış şagirdləri valideynlərin (qəyyumların) razılığı ilə sağlamlığa zərərsiz olan yüngül işlərin icrası ilə dərsdən kənar vaxt ərzində istehsalat təcrübəsindən keçmək məqsədilə işlə təmin edilə bilərlər.
Bəs, görəsən yuxarıda tələbə edilən meyarlara sözügedən şirkətin məsul şəxsi tərəfindən riayət edilirmi?
Yaponiyanın ən iri avtomobil tikinti korporasoyasından biri olan “Toyota” şirkətini Gəncə ofisində azyaşlı uşaqların əməyi istismar edilir.
Bu haqda Dünyanınsəsi.Az saytına özəl mənbədən saytımıza məlumat daxil olub.
Məlumatlı mənbənin sözlərrinə görə, Gəncə-Şəmkir magistral yolunun üzərində yerləşən “Toyotoa” servisində 3 nəfər azyaşlı uşağı qanunsuz olaraq əməyə cəb ediblər.


Məlumat üçün onu da qeyd edək ki, “Toyota” şirkətinin servisində əməkləri istismar edilən azyaşlı uşaqlar həm də təhsildən uzaqlaşdırılıb.
Redaksiyamıza göndərilmiş olan fotofaktla bağlı inanırıq ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər baş polis İdarəsinin rəhbərliyi eləcə də Dövlət Əmək Müfətişliyi Xidməti müvafiq araşdırmalar aparmaqla sözügeən şəx və şəxsləri cəzalandıracaqdır.
Səsləndirilən ittihamla bağlı qarşı tərəflərin də möveqini dərc edə bilərik. //Dünyanınsəsi.Az//
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov:
Məsələ Gəncə Şəhər Baş Polis İdarəsinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb, iddialar araşdırma predmetidir tezliklə nəticəsi barədə əlavə məlumat veriləcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...