SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Qazi İcra başçısı haqda respondentlər rəy sorğusunu necə cavablandırır? - VİDEO

Qazi İcra başçısı haqda respondentlər rəy sorğusunu necə cavablandırır? - VİDEO

Tarix:

22-04-2023, 23:06

/ 512 dəfə oxundu.
Qazi İcra başçısı haqda respondentlər rəy sorğusunu necə cavablandırır? - VİDEO

Azərbaycanda dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması Prezident  İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara  göstərilən qayğıda hər zaman öz əksini tapır. Ölkə başçısının, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların  müraciətlərini, istəklərini  dinləmələri, qayğı  ilə  yanaşmaları hər bir dövlət məmuruna həm nümunə, həm  də  gələcək fəaliyyətində yol xəritəsidir.

Bəs, dövlət başçısının dövlət məmurlarına  daim vətəndaşlarla təmasda olmaları, əhali ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə verdiyi tapşırıq və tövsiyyələr yerlərdə necə icra edilir?


GundemXeber.Az bildirir ki, RegionTV hər dəfə bir icra başçısının bu tövsiyyələrlə bağlı  fəaliyyətinə dair apardığı sorğunun nəticələri haqqında süjet təqdim edir. Bu günkü süjetimiz respublikamızın ikinci böyük şəhəri Gəncənin icra başçısı Niyazi Bayramovun fəaliyyətinin şəhər sakinləri arasında apardığımız sorğunun nəticələri haqqındadır.  

Sorğu zamanı sakinlər bildirdilər ki, Gəncə  Şəhər İcra  Hakimiyyətinin başçısı Niyazi Bayramov öz peşəkarlığı və qayğıkeşliyi ilə şəhər sakinlərinin böyük hörmətini qazanmışdır. Niyazi Bayramov özündə  elə bir xarakterik xüsusiyyətləri cəmləşdirən vəzifə sahibidir ki, o, hər  kəsə əl tutmağı, köməklik göstərməyi, xeyirxah addımlar atmağı, sanki  özü üçün əsas amal hesab edir. Onu tanıyan, ona bağlı olan  hər kəs onu da bilir ki, qəlbində Vətəninə məhəbbət  hissi, xalqına  bağlılıq  duyğusu  gəzdirən, hər  kəsin problemini özünün şəxsi problemi hesab edən bu şəxs, bu gün də həyata keçirdiyi peşəkar idarəçiliyi ilə fərqlənən dövlət məmurudur. 


Niyazi Bayramov həm də  Qarabağ  qazisidir. Ona görə  də  qazilərə, şəhid ailələrinə, veteranlara xüsusi diqqət və qayğı göstərir. Onların heç bir müraciətini geri çevirməyən Niyazi müəllim öz səlahiyyətləri çərçivəsində bu kateqoriyadan olan  insanlara hər cür köməklik göstərməyə həmişə hazırdır.  

Niyazi müəllim həm də yaradıcı və qurucu şəxsdir, xarakter etibarı ilə sadə təbiətlidir, mehribançılığı sevən, bir sözlə özündə əsil insani keyfiyyətləri cəmləşdirən bir insandır. Niyazi Bayramovun Gəncəyə  rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhərin müxtəlif hissələrində sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə  baxılması, vətəndaşların  yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerlərdə keçirilən görüşlər, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar  vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir şəhər sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşlərdə səslənən fikirlərə  həssaslıqla yanaşılacağını yaxşı bilir.

Niyazi Bayramov bir dövlət məmuru kimi bütün müsbət insani keyfiyyətlərinə görə hər kəsin, eləcə də Gəncə şəhər sakinlərinin böyük hörmətini  qazanıb. Niyazi Bayramov hər zaman dövlətçiliyə, xalqa, Ulu Öndərin ideyalarına və  onun siyasi  kursuna sədaqətlə xidmət edən, cənab Prezidentin bütün tapşırıqlarını ləyaqətlə yerinə yetirən bir icra başçısıdır.  


Niyazi  Bayramov Gəncəyə  başçı təyin edilən gündən şəhərdə sakitlik yarandı, insanlar tam sərbəstdir.  Niyazi  Bayramov  həm  də  dövlətçiliyə  sadiq, işində məsuliyyətli, ölkə Prezidentinin  siyasi kursuna sədaqətlə xidmət edən  bir komanda  formalaşdırıb. Onun birinci müavini Səməd Tomuyev, Kamran Məhərrəmov  və  komandanın digər üzvləri də öz işləri ilə şəhər sakinlərinin rəğbətini  qazanmışdır. 

Niyazi  Bayramov  hər  zaman  bir  rəhbər kimi öz işində pirinsipial, qətiyyətli və  dürüst  mövqe  tutmuşdur. Bütün  müsbət keyfiyyətlərinə görə Gəncə sakinləri Niyazi müəllimi sevir, ona hörmət və ehtiramla yanaşırlar. Dövlətçiliyimizə, Heydər Əliyev ideyalarına sadiq  belə  bir şəxsi Gəncəyə  rəhbər təyin etdiyinə, respublikamızın inkişafı naminə gördüyü işlərə  görə şəhər sakinləri ölkə Prezidentinə  minnətdarlıqlarını bildirdilər.

Şərhlər

XƏBƏR LENTİ