XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Bakıya yeni taksi şirkəti gəlir – “Paşa Holdinq”lə eyni ünvanda yerləşir

Bakıya yeni taksi şirkəti gəlir – “Paşa Holdinq”lə eyni ünvanda yerləşir

Bakıya yeni taksi şirkəti gəlir – “Paşa Holdinq”lə eyni ünvanda yerləşir
17-04-2023, 18:05

Azərbaycanda nizamnamə kapitalı 100 000 manat olan “Uklon Azərbaycan” MMC (VÖEN – 1406338961) adlı şirkət dövlət qeydiyyatına alınıb.

Yeniavaz.com xəbər verir ki, “Uklon Azərbaycan” MMC Ukraynanın aparıcı taksi şirkətlərindən olan “Uklon taksi”nin
Azərbaycandakı tərəfdaşı olacaq. MMC-nin qanuni təmsilçisi Məmmədov Xaqani Rüstəm oğludur.

Məlumat üçün bildirək ki, “Uklon Azərbaycan” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşir. Ölkənin ən böyük özəl şirkətlərindən biri olan “Paşa Holdinq” də bu ünvanda yerləşir.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.