Bakıya yeni taksi şirkəti gəlir – “Paşa Holdinq”lə eyni ünvanda yerləşir

Yeniavaz.com xəbər verir ki, “Uklon Azərbaycan” MMC Ukraynanın aparıcı taksi şirkətlərindən olan “Uklon taksi”nin
Azərbaycandakı tərəfdaşı olacaq. MMC-nin qanuni təmsilçisi Məmmədov Xaqani Rüstəm oğludur.
Məlumat üçün bildirək ki, “Uklon Azərbaycan” MMC-nin hüquqi ünvanı Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında yerləşir. Ölkənin ən böyük özəl şirkətlərindən biri olan “Paşa Holdinq” də bu ünvanda yerləşir.