Nazirin şirkəti kredit borcunu ödəmir? - Kredit qalmaqalı
Ləğv prosesində olan "Zaminbank”la "Elite İnternational Management" MMC arasında kredit müqaviləsinə görə mübahisə yaranıb.
Bank şirkəti müqavilə öhdəliklərinə əməl etməməkdə günahlandırır. Mübahisə məhkəməyə qədər uzanıb. Lakin birinci instansiya bankın iddiasını təmin etməyib.
İş hazırda apellyasiya mərhələsindədir. Bankın şikayəti Bakı Apellyasiya Məhkəməsində Raqib Qurbanovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdıralacaq.
"Elite İntenrnational Managment” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkəti hesab edilir. Nazirin biznes strukturları ilə bağlı mediada dərc edilən araşdırma materiallarında da "Elite İnternational Managment” MMC-nin adına rast gəlinir.
Şirkət əvvəl iş adamı Ali Evsenə məxsus "Elite Group”a daxil olub. Ali Evsen Qafqaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.
Bir neçə il əvvəl isə yayılan məlumatlardan aydın olub ki, "Evsen Group” şirkətini Kəmaləddin Heydərov alıb. Bu fakt İspaniya məhkəməsinin sanskisyası əsasında "Evsen Group” şirkətinin bank hesablarının dondurulmasından sonra üzə çıxıb. Həmin vaxt məhkəməyə təqdim edilən sənədlərdən məlum olub ki, "Evsen Group” artıq Ali Evsenə məxsus deyil.Qaynarinfo

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...