SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir

Tarix:

17-04-2023, 16:39

/ 261 dəfə oxundu.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi Həştərxan şəhərində də qeyd edilir

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin Rusiya Federasiyasının Həştərxan vilayətində təntənəli qeyd edilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin tərəfindən Tədbirlər Planı imzalanmış, Tədbirlər Planının yüksək səviyyədə həyata keçirilməsi məqsədilə Təkilat Komitəsi yaradılmışdır. Tədbirlər Planında müxtəlif forumların, dəyirmi masaların, dialoqların, sərgi və müsabiqələrin, ağacəkmə aksiyalasının, konsert proqramlarının, Azərbaycan günlərinin və Ulu Öndərin siyasi fəaliyyətinə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. İlin əvvəlindən başlayaraq Ulu Öndərin 100 illik yubileyi Həştərxan vilayətində qeyd edilməyə başlanılmış, bir sıra tədbirlər həyata keçirilmişdir.
Həştərxan vilayətində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı may ayının əvvəlində keçiriləcək təntənəli tədbirlərin müzakirəsi və qarşılıqlı əlaqələndirilməsi məqsədilə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Həştərxan şəhərində səfərdə olmuşdur.
Səfər zamanı ilk öncə Həştərxan Höküməti sədrinin müavini Denis Afanasyev, Həştərxan şəhərinin meri Oleq Polumordvinov, Həştərxan vilayəti Beynəlxalq Əlaqələr Agentliyinin sədri Vladimir Qolovkov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) Həştərxan bölməsinin üzvləri və Azərbaycan diasporasının nümayəndələri Həştərxan şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edərək dahi şəxsiyyətin abidəsi önünə əklil və gül dəstələri qoymuşlar. Vilayətin Hökümət üzvlərinin iştirakı ilə Ulu Öndərin xatirəsinə ağaclar əkilmişdir. Volqa çayı sahilində yerləşən Heydər Əliyev Parkında Azərbaycan tərəfindən aparılan əsaslı təmir-bərpa və geniş yaşıllaşdırma işlərinə birgə baxış keçirilmiş, Heydər Əliyev Parkını Volqa çayının qarşı tərəfi ilə birləşdirən “Dostluq Körpüsü”ndə tamamlanmış  yenilənmə işləri ilə tanış olmuşlar. 
O cümlədən, Həştərxan şəhərində yerləşən II Dünya Müharibəsi zamanı həlak olanların xatirəsinə ucaldılmış “Qardaşlıq məzarlığı” ziyarət edilmiş, əbədi məşəl önünə güllər qoyulmuşdur. 
Daha sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iki ölkə arasında dostluq əlaqələrinin inkişafında xüsusi rolu olduğunu vurğulayan İ.Babuşkin Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində hər zaman ehtiramla yad edildiyini qeyd etmişdir. Abdin Fərzəliyev Həştərxan vilayəti və Azərbaycan Respublikası arasındakı dostluq prinsipləri üzərində qurulan münasibətlərdən söz açmış, Ulu Öndərin xatirəsinin Həştərxan vilayətində də hər zaman dərin hörmətlə anıldığı üçün təşəkkürünü bildirmişdir. 
Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş tədbirlərin təntənəli keçirilməsi məqsədilə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsinin üzvləri ilə Azərbaycan İş Mərkəzində müşavirə keçirilmişdir. Müşavirədə Həştərxan vilayətində və ölkəmizdə keçiriləcək birgə tədbirlər bir daha nəzərdən keçirilmiş, keçiriləcək tədbirlərin qarşılıqlı koordinasiya edilməsi və nəzərdə tutulan geniş tərkibli forum və görüşlərlə bağlı bir çox məsələlər ətraflı müzakirə edilmişdir. Bir çox təntənəli tədirlərin, o cümlədən Həştərxan Dövlət Opera və Balet Teatrında Azərbaycan və Həştərxan incəsənət xadimlərinin iştirakı ilə ədəbi-bədii proqramın may ayının əvvəlində keçirilməsi qərara alınmışdır. 
Sonra Həştərxan şəhərində yerləşən Heydər Əliyev adına 11 saylı tam orta məktəb ziyarət edilmiş, məktəbin foyesində Ümummilli Liderin büstü önünə gül dəstələri qoyulmuş, Ulu öndərin əziz xatirəsi yad edilmişdir. Heydər Əliyev Fondu tərəfindən yenidən qurularaq əsaslı təmir edilmiş qeyd edilən məktəbin direktoru T.Tixomirova Ulu Öndərin 100 illik yubileyi ilə bağlı müsabiqələrin, telekörpü formatında dialoqun və digər müxtəlif səpkidə bir sıra tədbirlərin keçirildiyini, Abşeron rayonu, Xırdalan şəhər 1 saylı orta məktəblə birgə bir neçə layihə üzərində işlədiklərini bildirmişdir.













Şərhlər

XƏBƏR LENTİ