SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yeni KTN naziri Fəda Abbasovu vəzifəsindən çıxaracaqmı? - “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin sədrinin fəaliyyəti qənaətbəxş deyil

Yeni KTN naziri Fəda Abbasovu vəzifəsindən çıxaracaqmı? - “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin sədrinin fəaliyyəti qənaətbəxş deyil

Tarix:

17-04-2023, 11:27

/ 1 163 dəfə oxundu.
Yeni KTN naziri Fəda Abbasovu vəzifəsindən çıxaracaqmı? - “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin sədrinin fəaliyyəti qənaətbəxş deyil

Ötən həftə Kənd təsərrüaftı naziri təyin edilən Məcnun Məmmədovun qurumda ciddi islahatlar aparacağı gözlənilir. 
Məcnun Məmmədovun “PASHA Holding” MMC-nin bağçılıq və innovativ ting biznesləri olan “Grand-Agro”nun və “Agro Food Investment” MMC-nin rəhbəri olub. Adı çəkilən şirkətlərdə rəhbər vəzifəsində işlədiyi dövrdə isə yüksək naliyyətlər əldə edib. Məhz Kənd təsərrüfatı sahəsində mütəxəsis olan Məcnun Məmmədovun qurumda islahlatlar apararaq ciddi kadr dəyişikliyinə gedəcəyini deyə bilərik. 
Kənd Təsərrüaftı Nazirliyində islahatların  ilk öncə qurumun önəmli təşkilatlarından biri olan “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətindən başlanması isə qaçılmazdı. 
Bildirək ki, hazırda “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru keçmiş nazir İnam Kərimovun qohumu olan Fəda Abbasovdur. Yüzminlərlə hektar torpaq sahəsinə və çoxlu sayda fermer təsərrüfatlarına sahib “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də ciddi inkşaf, prespektiv hiss olunmur. Aqrar sektorda inqilabi dönüş yaratmaq üçün nəzərdə tutulan bu qurum uzun illərdir ki, sektora heç bir töhvə vermir və belə görünür ki, bu qurum KTN-nin “korrupsiya bataqlıqlarından” birinə çevrilib.
Artıq 2 ildir “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC birliyinə Fəda Abbasov direktor təyin ediləsə də, qurumda demək olar ki, heç nə dəyişməyib. Ölkə mətbuatında dərc edilən məlumatlarda Fəda Abbasovun da digər məmurlar kimi “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru təyin eiləndən sonra mühüm postlara özünə yaxın adamları təyin etməsi və qurumun idarəsində olan yüzminlərə hektar əkinə yararlı torpaq sahələrini isə özünə yaxın olan şəxslərə icarəyə verdiyi qeyd edilib. 
Həmçinin qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC yaradılandan sonra kənd təsərrüfatı ekspertləri açıqlamalarında bu qurumun dövlət üçün ciddi faydasının olmadığını dəfələrlə bildiriblər. Bildirək ki, Fəda Abbasovdan öncə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-də direktor işləmiş Anar Hüseynovun dövründə qurumun hesabatlarının bir hissəsi sosial şəbəkədə və mətbuatda yayınlanırdı. Ancaq hazırkı direktor Fəda Abbasovun dönəmində belə hesabatlara demak olar ki, rast gəlinmir. 
Xalqxeber.az-ın əldə etdiyi mməlumata görə Məcnun Məmmədovun Kənd təsərürfatı naziri təyin edilməsinə ən çox üzülənlərdən biri məhz Fəda Ababsov olub. Belə ki, “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC direktoru İnam Kərimovdan sonra nazir vəzifəsinə Sarvan Cəfərovun təyin ediləcəyini gözləyirmiş. Ancaq Prezidentin kənd təsərrüaftı sahəsi üzrə mütəxəsis olan Məcnun Məmmədovu nazir təyin etməsi Fəda Ababsovun arzusunu ürəyində qoyub. 
Mövzuya qayıdacağıq.

Şərhlər

XƏBƏR LENTİ