SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Ali Attestasiya Komissyasının ELMƏ NƏ DƏXLİ? - HƏQİQƏTƏN DƏ...

Ali Attestasiya Komissyasının ELMƏ NƏ DƏXLİ? - HƏQİQƏTƏN DƏ...

Tarix:

15-04-2023, 16:06

/ 560 dəfə oxundu.
Ali Attestasiya Komissyasının ELMƏ NƏ DƏXLİ? - HƏQİQƏTƏN DƏ...

Bu gün işdə olarkən saat 12.05-də tanımadığım nömrədən mənə zəng gəldi. “Ali Attestasiya Komissiyasından sizi narahat edirəm. İşinizlə bağlı bu gün saat 3-də (15.00) AAK-a yaxınlaşa bilərsinizmi?” Soruşdum: “Ekspert şurasınamı?” Cavab: “Xeyr, sadəcə işinizlə əlaqəli gəlməyiniz xahiş olunur”.
Dediyi saatda artıq mən AAK-ın binasına daxil oldum. Bir azdan əlində vərəqlər olan gənc bir xanım mənə yaxınlaşaraq dəhlizdəki stulda əyləşməyimi təklif etdi. Anladım ki, qurumun qəbul otağı yoxdur. Məni nə üçün çağırdıqlarının səbəbini hələ anlamırdım. Xanım əlindəki vərəqlərə baxaraq məramını açıqladı:
“Bilirsiniz ki, 3 nüfuzlu məqalə olmalıdır. Web of science-də olan məqaləniz bazada oturub. Digər bir məqaləniz, Russian Linguistic Bulletendə olan məqaləniz də bazada oturub. Digər iki məqaləniz (məqalə və jurnalları sadalayır) isə bazada oturmayıb”.
Bir anlıq çaşıb qaldım...

Ali Attestasiya Komissyasının ELMƏ NƏ DƏXLİ?
Günel Bayramova

Axı 7 ay yarım bundan əvvəl sənədlərimi Komissiyaya təqdim etmişəm, indiyədək hansısa çatışmazlıq haqqında nə mənə, nə də müdafiə etdiyim Şuraya heç bir məlumat daxil olmayıb. Çaşqınlığın səbəbi də məhz xanımın tələbinin heç bir qanuni prosedura uyğun olmaması, qurumun 8 ay susub sonda ölkə Prezidentinin imzaladığı Əsasnamənin tələblərinə tamamilə zidd davranması idi.
Belə çıxır ki, mən aprel ayının 3-də qurumla əlaqə saxlamasaydım, qurum rəhbərliyi öz vəzifə borcuna laqeyd yanaşmaqda davam edəcək, sonra indiki kimi “texniki nöqsanlar” aşkarlayacaqdı?!
Halbuki mənim 2022-ci ilin noyabr ayında nüfuzlu jurnalda növbəti məqaləm də çapdan çıxıb. Deməli, boşuna çağırılmışam…
Belə başa düşdüm ki, mən sıradan Azərbaycan vətəndaşı, sadə fəhlə övladı olduğum üçün sənədlərimə bu günə qədər biganə yanaşılıb. Əksinə, mənimlə eyni müəssisədə, eyni vaxtda və hətta məndən aylar sonra müdafiəsi olmuş akademik zümrənin şanlı övladları qanuna sığmayan heç bir texniki bəhanələrlə qarşılaşmadan artıq çoxdan, təntənəli xorla, hörmət və izzətlə quruma dəvət olunub, bəzisi təcili diplomlaşdırılıb, bəziləri isə ekspertdən keçirilərək sənədləri diplom verilməsi üçün kollegiyaya göndərilib.
Özümə gəldim və əyləşdirildiyim AAK dəhlizində bir daha yəqin etdim ki, qurumun “elmdə yeni mərhələ” nəğmələri hələ də illik hesabat tədbirlərinə rəng qatmaqdan o yana keçməyib. Çox təəssüf!

Günel Bayramova - İtalyanşünas alim
"Paralel.az"

Şərhlər

XƏBƏR LENTİ