SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Kılıçdaroğlu bunu hamıdan gizlədib-“Foreign Policy”nəşri açıqladı

Kılıçdaroğlu bunu hamıdan gizlədib-“Foreign Policy”nəşri açıqladı

Tarix:

15-04-2023, 15:49

/ 537 dəfə oxundu.
Kılıçdaroğlu bunu hamıdan gizlədib-“Foreign Policy”nəşri açıqladı

“Foreign Policy” yazır ki, Türkiyədə hakimiyyətə gəlmək istəyənlər S-400 sistemlərini Rusiyaya qaytarmaq istəyir, əvəzində…

 “Müxalifətdən prezidentliyə namizəd Kamal Kılıçdaroğlu anketlərdə lider olsa belə, Ərdoğanın uduzacağına inanmaq çətindir”- “Foreign Policy”(“Xarici siyasət”) nəşrinin Türkiyədəki seçki ərəfəsi vəziyyətlə bağlı dərc etdiyi məqalədə belə deyilir.
Nəşr xatırladır ki, Ərdoğan 2003-cü ildən hakimiyyətdədir - əvvəl baş nazir, sonra isə prezident olub. Ərdoğan və onun lideri olduğu AKP hakimiyyətlərini təmin etmək üçün siyasi institutları yenidən formalaşdırıb, hərbi komandanlıq da Ərdoğana sadiqdir.
Qərbi düşündürən "Kılıçdaroğlunun hipotetik qələbəsi Ankaranın xarici siyasəti üçün nə deməkdir"sualına diqqət edən nəşr yazır:  “Qərb analitikləri etiraf edir ki, Kılıçdaroğlu və tərəfdaşlarının ölkəni necə idarə edəcəklərini söyləmək çətindir. Kılıçdaroğlunun vahid namizədi olduğu “Millət İttifaqı” ideoloji cəhətdən müxtəlif, bəlkə də tək Ərdoğana nifrətə görə birləşmiş koalisiyadır. Qərb müşahidəçiləri Kılıçdaroğlu qalib gəlsə belə, onun və komandasının Türkiyənin siyasi institutlarında əsaslı dəyişikliklərin asan nail olacağına şübhə ilə yanaşırlar. 

 “Foreign Policy” yazır ki, müxalifət Türkiyənin fəal xarici siyasət fəaliyyətinə son qoyacağını bəyan edir. Eyni zamanda, hakimiyyətə iddialı koalisiya Aİ-yə üzvlük prosesini bərpa etmək və Avropa İnsan Haqları Məhkəməsinin qərarlarının icra etmək istəyir.  Hakimiyyətə iddialı düşərgə Türkiyənin əldə etdiyi S-400 hava hücumundan müdafiə sistemlərini Rusiyaya qaytarmaq, ABŞ-la birgə F-35 proqramına qayıtmaq üçün təşəbbüs göstərəcəyini bildirib.
Eyni zamanda, Kılıçdaroğlu Suriya prezidenti Bəşər Əsədlə münasibətləri normallaşdıracağına söz verir. Deməli, Dəməşqin Kılıçdaroğlunun Türkiyə dövlətinin başçısı kimi (təbii ki, nəzəri qələbəsi olduğu halda) ilk səfərlərindən biri olacağı ehtimalı böyükdür.
Nəşr diqqət edir ki, müxalifət seçkidən əvvəl açıqladığı sənəddə ABŞ-ın adı çəkilmir. “Bu, yəqin ki, türklərin Vaşinqtonun Türkiyəyə açıq-aşkar mənfi münasibəti  ilə bağlıdır. Kılıçdaroğlu son 10 ildə iki dəfə ABŞ-a səfər edib, hər iki dəfə səfərin təfərrüatını  türk mətbuatından və  opponentlərindən gizlətməyə çalışıb” deyə, nəşr yazır.

“Foreign Policy” yazır ki, Qərb analitikləri 74 yaşlı Kılıçdaroğlunun seçildikdən sonra prezident insitutunun zəiflədilməsi, yenidən möhkəmləndirilmiş parlament üsul-idarəsinə qayıdacağı vədinə şübhə ilə yanaşırlar:  “Necə əmin ola bilərsiniz ki, prezident kimi möhkəmləndikdən sonra  Kılıçdaroğlu vəzifəsini tərk etmək istəyəcək? Axı siyasətçilər ümumiyyətlə, hakimiyyəti əldən verməyi yox, toplamağı sevirlər. Bundan əlavə, Türkiyənin yeni prezidentinin daha sərt müxalifətlə qarşılamaşacağı ehtimalı da var”.

Musavat.com 

Şərhlər

XƏBƏR LENTİ