SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Gilan Holdinq” in innovasiya mərkəzlərində “müəmmalı” yoxlamalar - Faktlar niyə gizlədilir?

“Gilan Holdinq” in innovasiya mərkəzlərində “müəmmalı” yoxlamalar - Faktlar niyə gizlədilir?

Tarix:

29-06-2017, 14:37

/ 57 492 dəfə oxundu.
“Gilan Holdinq” in innovasiya mərkəzlərində “müəmmalı” yoxlamalar - Faktlar niyə gizlədilir?

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın iş adamlarından hesab olunan Əsabil Qasımovun bacısı oğlu Həşim Camalovun İmişli innovasiya mərkəzindəki külli miqdarda maliyyə yeyintisi rəhbərlikdən niyə gizlədilib?
Üç həftə öncə “Gilan Holdinq” haqqında yaydığımız məlumatdan sonra şirkətin rəhbərliyi Samux, Beyləqan, Biləsuvar, İmişli rayonlarındakı innovasiya mərkəzlərində yoxlamlar apardığı barədə məlumat vermişdik.
İnnovasiya mərkəzlərində baş verən yoxlamalarla bağlı məlumat verən şəxsin bildirdiyinə görə, qurumun İmişli rayonundakı idarəsində ciddi şəkildə yeyintilər ortaya çıxıb. Belə ki, “Gilan Holdinq”in ən çox əkin sahələrindən biri olan İmişli inovvasiya mərkəzində torpaqların becərilməsi üçün ayrılan vəsaitlərin bir hissəsinin mənimsənilməsi və bəzi gübrələrin əkilən bitkilərə verilmədiyi ortaya çıxıb. Məlumatda qeyd edilir ki, İmişlidəki innovasiya mərkəzinə rayonun deputatı, ölkədə əsas ən un istehsalı sahəsində monopoliyaya sahib olan Əsabil Qasımovun bacısı oğlu Həşim Camalov rəhbərlik edir. Qeyd edək ki, Əsabil Qasımov Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın iş adamlarından hesab olunur.
Adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə görə Əsabil Qasımovun bacısı oğlunun rəhbərlik etdiyi mərkəzdə böyük miqdara yeyintilər üzə çıxsada “Gilan Holdinq” dən gələn yoxlama heyyəti hansısa bilinməyən səbəblərdən bu faktı yuxarı rəhbərlikdən gizlədib. Yəni yoxlamanın yekun sənədində İmişli innovasiya mərkəzində çox kiçik çatışmamazlıqların olduğu qeyd edilib.
Baş verənlərin bir hissəsinin gizlədilməsində innovasiya mərkəzlərinə nəzarət edən Fövqalədə Hallar Nazirinin müavini Tapdıq Əmiraslanovun xəbərinin olub olmadığını isə dəqiqləşdirə bilmədik.

Məsələ ilə bağlı araşdırmamız davam edir.

AzFakt.com

Şərhlər

XƏBƏR LENTİ