XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » “KamAZ” minik avtomobilinə çırpıldı - 3 ölü, 3 yaralı

“KamAZ” minik avtomobilinə çırpıldı - 3 ölü, 3 yaralı

“KamAZ” minik avtomobilinə çırpıldı - 3 ölü, 3 yaralı
5-04-2023, 18:24

 
Ələt-Astara yolunun Salyan rayonunun Kürsəngi kəndindən keçən hissəsində qəza hadisəsi baş verib. 

Xalqxeber.az Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsinə istinadən xəbər verir ki, hadisə magistral yolun 29-cu kilometrliyində qeydə alınıb.

İlkin məlumata görə, “Hyundai Accent” markalı 99-TN-320 dövlət nömrə nişanlı avtomobil xarab olaraq yolun kənarında dayanıb. Eyni istiqamətdə hərəkətdə olan “KamAZ” markalı 42-BM-084 dövlət nömrə nişanlı avtomobil ona çırpılıb.

Hadisə nəticəsində “Hyundai Accent” avtomobilində olan üç nəfər qadın sərnişin həlak olub. Sürücü, bir qadın və bir azyaşlı uşaq isə xəsarət alıb.
Rəsmi məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

“KamAZ” minik avtomobilinə çırpıldı - 3 ölü, 3 yaralı


XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.