SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Erməni hərbçilər dumanda bir-birini güllələdi: İrəvandan olan əsgər öldü, daha bir yaralıdır

Erməni hərbçilər dumanda bir-birini güllələdi: İrəvandan olan əsgər öldü, daha bir yaralıdır

Tarix:

2-04-2023, 14:40

/ 536 dəfə oxundu.
Erməni hərbçilər dumanda bir-birini güllələdi: İrəvandan olan əsgər öldü, daha bir yaralıdır

Ermənistanın cənub-şərqindəki sərhəd zonasında bir gün əvvəl aldığı güllə yarasından dünyasını dəyişən 19 yaşlı Hraçya Saruxanyan İrəvandan olub.

Xalqxeber.az erməni mediasına istinadən bildirir ki, o, 1 il iki ay əvvəl orduya çağırılıbmış.

Ölən əsgərin atası Ara Saruxanyanın Ermənistan mdduasına verdiyi məlumata görə, oğlu Gorusdakı hərbi hissələrdən birində xidmət edib, xidməti normal rejimdə keçirilib. “Qraçya aşpazlığı öyrəndi, sonra onu orduya çağırdılar. Xidmətdən sonra dərhal işə başlamaq niyyətindəydim”- əsgər atası deyib.
Saruxanyanlar ailəsində daha iki qız var.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistanın cənub-şərq sərhəd zolağında, son dərəcə zəif görünmə şəraitində, martın 31-də saat 22:50 radələrində anlaşılmazlıq səbəbindən Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri arasında atışma olub.

Hadisədən sonra hərbi qulluqçu Hraçya Saruxanyanın meyiti ölümcül güllə yarası ilə tapılıb. Daha bir əsgər yaralanıb, onun həyatı üçün təhlükə yoxdur.

Şərhlər

XƏBƏR LENTİ