“Qobu Park-2” yaşayış kompleksinin binaları tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir - AÇIQLAMA
Xalqxeber.az xəbər verir ki, bir müddət əvvəl mətbuatda "bina əyildi, sakinlər təhlükədə" başlıqlı yaz dərc edilmişdi. Redaksiya olaraq əməkdaşımızı həmin əraziyə ezam etdik. İlk növbədə "Qobu Park-2” yaşayış kompleksinin tikintisində podratçı kimi çıxış etmiş Kristal Abşeronun əməkdaşları ilə birlikdə əraziyə baxış keçirildi. Yayılmış görüntülər inşaat norma və qaydalarına əsasən 2 bina arasındakı olmalı olan boşluq - antiseysmik tikişin üzərində olan dekorativ dəmir listlərin dəyişdirilməsi zamanı çəkilmişdir. Şəkillərdə də görüntüyü kimi sözügedən boşluğun aşağı hissəsindəki dekorativ dəmir list yerində qalıb, ortada bir hissəsində dəmir list dəyişdirilir. Bütün bu proseslər isə binanın dayanıqlılığına heç bir təsir göstərmir. Bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin aidiyyatı qurumlarının nümayəndələri tərəfindən yoxlanılıb. Bina konstruktiv cəhətdən tam yüksək səviyyədədir və binanın konstruksiyasında millimetr qədər belə zədə yoxdur. Binada istifadə olunan armaturlar Rusiya istehsalı A500 markadır, beton isə M400 markadır. Eyni zamanda memarlığında da hər hansı bir dəyişiklik yoxdur. Son olaraq məlumat vermək istəyirik ki, bina tam təhlükəsiz şəkildə sakinlərin istifadəsindədir. Vətəndaşları yayılan dezinformasiyalara inanmamağa çağırırıq.
XalqXeber.Az
Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?