SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ərzində yaxşı irs qoyub - Prezident

Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ərzində yaxşı irs qoyub - Prezident

Tarix:

28-02-2023, 20:19

/ 505 dəfə oxundu.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi ərzində yaxşı irs qoyub - Prezident

Dövlətimizin başçısı Qoşulmama Hərəkatını daha da inkişaf etdirmək üçün səylərini bundan sonra da davam etdirəcəyini və ölkəmizin bu Hərəkatın beynəlxalq münasibətlərdə mühüm rol oynaması istiqamətində çalışdığını vurğuladı və dedi ki, dünyada postkovid dövrü ilə bağlı geniş müzakirələrə ehtiyac var.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Kuba Respublikasının vitse-prezidenti Salvador Antonio Valdes Mesanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Prezident İlham Əliyev vurğulayıb ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu il başa çatacaq və Azərbaycan 4 il ərzində sədr ölkə olaraq yaxşı irs qoyub. Dövlətimizin başçısı bu xüsusda təşkilatın təsisatlanması, onun parlament və gənclər şəbəkəsinin yaradılması və digər təşəbbüslərimizi qeyd edib.


Şərhlər

XƏBƏR LENTİ