SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » "Ağır Cinayətlər Məhkəməsində adamım var, məni heç kim həbs edə bilməz..." - QALMAQAL

"Ağır Cinayətlər Məhkəməsində adamım var, məni heç kim həbs edə bilməz..." - QALMAQAL

Tarix:

21-02-2023, 10:17

/ 355 dəfə oxundu.
"Ağır Cinayətlər Məhkəməsində adamım var, məni heç kim həbs edə bilməz..." - QALMAQAL

 
Bank sektorunda baş verən qanunsuzluqlar, cinayət əməlləri, vətəndaşların etibarından sui istifadə edərək evlərinin, mülklərinin ələ keçirilməsi ölkəmizdə az qala adi hal alıb. Vətəndaş Cəfərzadə İfadə İsgəndər qızı başına gələn problemlərlə bağlı mediaya dəfələrlə müraciət edib.
O bildirib ki, onun şikayəti əsasında Nərimanov Rayon Polis İdarəsində 03 dekabr 2015-ci il tarixində Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə cinayət işi başlanıb. İ.Cəfərzadə müraciətində cinayət işinin icraatından da narazı olduğunu qeyd edib. İfadə Cəfərzadə bildirib ki, o Nazim Mahmud oğlu Əskərov ilə uzun müddət bir yerdə işləyiblər və onu da işlədiyi zamandan tanıyıb: “2006-cı ildən əvvəllər Təhsil Nazirliyinin nəzdində olan Uşaq bağçalarının Maddi-Texniki Bazasında anbar müdiri vəzifəsində çalışırdım. Əslən Gədədbəy rayonunun Şınıx kəndindən olan tibbi təhsilli Əskərov Nazim Mahmud oğlu isə həmin Bazanın müdiri vəzifəsində işləyirdi. 2010-cu ildə Nazim mənə bildirdi ki, Badamdar qəsəbəsindəki villasını təmir etdirmək istəyir. O təklif etdi ki, bunun üçün mən Binəqədi rayonu, Sulutəpə qəsəsbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli mənzilimi “Ekspress Bank”a girov qoyub 50000 manat kredit götürüb ona verim. Əvəzində Nazim evdə saxladığı kirayəçi ərəblərdən mənə yüz min manat verəcəyinə söz verdi. Mən Nəsimi rayonu, Əcəmi metrosunun yanındakı “Eksperress Bank”ın Nəsimi filialından nəzərdə tutulan məbləği girov müqabilində pulu götürüb Nazimə verdim”. İ.Cəfərzadə bu məsələdən əvvəl isə Nazim Əskərov onun Biləcəri qəsəbəsindəki sənədsiz ikimərtəbəli, 4 otaqlı mənzilini Rusiada biznes qurmaq üçün satmağı təklif edib: “Və özünə yaxın əmlak vasitçəsi ilə evi satdı. Nazim iş dalınca yaxın qohumu Gözəlov Famil Qasım oğlu ilə birlikdə Rusiyaya getdilər.
Qeyd etdilər ki, bütün pullarını Rusiyada hansısa biznes üçün qoyublarmış. Nazim həm də bildirdi ki, narahat olmayım, aldığı bu pulla Rusiyada qazanc əldə edib artıqlaması ilə qaytaracaq. Eyni zamanda tezliklə əldə edəcəyi pulla bankın borcunu da bağlayacağını və qalanını isə mənə verəcəyini vəd verdi. Lakin bir müddətdən sonra bankdan mənə borcun qaytarılması üçün xəbərdarlıq zəngi olundu. Dərhal Nazimə zəng edib banka olan borcun tam ödənilməsini tələb etdim. Nazim də borcu tam bağladı və evimi girovluqdan azad olunmasına şərait yaratdı”. İ.Cəfərzadə qardaşı 2013-cü ilin oktyabrın 17-də ağır xəstəlikdən vəfat etməsilə əlaqədar Ağdama hüzr yerinə getməyə məcbur olub: “Bu arada Nazim mənə bir günlük Bakıya gəlməyimi və evimin mülkiyyət sənədlərini “Ekspress Bank”dan geri almaq üçün ona notarial qaydada etibarnamə verməyimi təklif etdi. 20 oktyabrda, bazar günü mən Bakıya gəldim. Nazim qohumu və dostu olan Famil Gözəlovla 43 saylı Notariat Kontoruna getdilər. Mən onları avtomobildə gözlədim. Etibarnamə hazır olduqdan sonra məni imzalamağa dəvət etdilər. Və dərhal sonra məni yenidən rayona hüzr yerinə yola saldılar.
Sonradan mənə məlum oldu ki, Nazim və Famil “Ekspress bank”da girov qoyulmuş evimin sənədlərini baş etibarnamə əsasında götürüb və 08 noyabr 2013-cü ildə “Atabank” ASC-nin Xəzər filialınının müdiri ilə razılaşaraq, mənim adımdan şəxsi məsələlər üçün istifadə etmək üçün 95000 manat pul götürərək Binəqədidəki evimi yenidən banka girov qoyublar. Yəni Nazim qohumu Familə etibarnamə verməklə mənim xəbərim olmadan mənə məxsus Sulutəpə qəsəbəsində 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü qanunsuz olaraq “Atabank” ASC-nin Xəzər filialına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyaraq əvəzində aldıqları 95000 manat pulu mənimsəməklə mənə külli-miqdarda ziyan vurublar. Sonradan mənə sənədlər əsasında məlum olub ki, 8 noyabr 2013-cü il tarixli “Atabank” ASC-nin tərtib etdiyi İpoteka müqaviləsində mənim adımdan ipoteka qoyan etibarnamə əsasında mənim əvəzimə imzalayan Gözəlov Famil Qasım oğlu olub, “Kredit alan” isə Nazim Əskərov olub”. İ.Cəfərzadə bunlardan 2014-cü ilin əvvəlində xəbər tutub: “Belə ki, “Atabankın” Xəzər filialının problemli kredit üzrə mütəxəssisi olan Elşən adlı əməkdaşı mənə zəng edərək kreditin vaxtı-vaxtında ödənilməsini tələb etdi. Dərhal “Atabank”ın baş ofisinə gedib Elşənlə görüşüb işin nə yerdə olduğunu soruşdum.
Qeyd etdi ki, 15 dekabr 2013-dən sonra aldığınız kredit üzrə ödəniş yoxdur. Mən dərhal Nazimə zəng edib niyə mənim icazəm olmadan belə hərəkət etməsinin səbəbini soruşdum. Və dərhal bankın borcunun tam ödənilərək evimin girovluqdan azad edilməsini tələb etdim. O da bankın pulunu tam ödəyəcəyinə söz verdi. Lakin Nazim mənim bank məsələsindən xəbər tutduğumu bilən kimi Rusiyaya qaçdı və geri qayıtmadı”.
Şikayətçi deyir ki, o Nazimin Rusiyadan qayıtmadığını görüb 2015-ci ilin oktyabrında “Atabank” ASC-nin yerləşdiyi Nərimanov rayonu üzrə Polis İdarəsinə şikayət ərizəsi təqdim edib: “Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elşən Zamanov fakt üzrə CM-nin 178.3.2-ci maddəsilə 150060444 saylı cinayət işinin başlanması barədə 03 dekabr 2015-ci il tarixində qərar qəbul edib. Lakin bu işin nəticəsi haqqında mənə bugünə kimi heç bir məlumat verilməyib”. İ.Cəfərzadə deyib ki, 2015-ci ilin fevralında pulun ödənmədiyini görən müqavilədə göstərilən müddət başa çatmadan “Atabank” ASC Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini tələb edib: “İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edilib və 2016-cı ildən icraata yönəlib. Mənə məxsus mülkün açıq hərracda satılaraq borcun tam ödənilməsi üzrə icra işləri hazırda davam etdirilir. 48 ay müddətinə verilmiş 95000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazar dəyəri 400000 manat olan əmlakımın ələ keçirilmə məqsədi daşıyıb. Yoxsa ki, borcun qaytarılma müddəti 2017-ci ilin noyabrın 15-dək təyin olunmasına baxmayaraq bank müdiri niyə tezbazar əl-ayağa düşməsini anlamaq çətindir”.
Xanm şikayətçi Nazim Əskərovu qoruyan qüvvənin kim olduğunu da açılayıb: ”Nazimi bu kimi əmələrdən qoruyan həyat yoldaşı Nərminə Məmmədovanın doğma dayısı oğlu Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Fuad Cavadovdur. Əvvəllər hər dəfə məhkəməyə, polisə şikayət edəndə, Nazim məni yaxın qohumu Fuad Cavadovla hədələyir və deyirdi ki, sən mənə heç nə edə bilməyəcəksən. Mənim Ədliyyə Nazirliyində və “yuxarılarda” Fuad Cavadov kimi yaxın adamım, qohumum var.
Bundan başqa, Nazimin digər qohumu isə Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Rafael Allahverdiyevin müavini olmuş Faiq Məmmədovdur. Nazim qanunsuz əməllərinə görə Rusiyaya qaçmış Faiq Məmmədovun bacısı Nərminə Məmmədovanın həyat yoldaşıdır. Nərminə Məmmədova isə hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibidir. Hansı ki, bu Faiq Məmmədov da Bakı şəhər İcra Hakimiyyətində R.Allahverdiyev dövründə külli-miqdarda dövlət əmlakını mənimsədiyinə görə o da Nazim kimi bir müddət Rusiyaya qaçaraq gizlənib.
Şikayətçi bildirib ki, Nazim hər dəfə polis tərəfindən saxlanılır və sonra Fuad Cavadovun sözü ilə buraxılır. Onu da qeyd edək ki, Nazim Əskərovun oğlu Nicat Əskərov Gədəbəy RİH-də vəzifədə işləyir. Və, o, atasının müdafiə etmək üçün PA-dakı vəzifəli şəxslərin adından istifadə edir. Nazim hər dəfə zərərçəkəni nə ilə şantaj edir..?
İş hazırda Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın baxışındadır.
Ümid edirik ki, Leyla xanım haqq ədalətin bərpa olunması üçün mümkün olanları edəcəkdir. //gundelik-baku.com//

Şərhlər

XƏBƏR LENTİ