SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Naxçıvanda `Aqrolizinq` də KƏLLƏ-MAYALLAQ İŞLƏYİR... - NAZİRİN NƏZƏRİNƏ...

Naxçıvanda `Aqrolizinq` də KƏLLƏ-MAYALLAQ İŞLƏYİR... - NAZİRİN NƏZƏRİNƏ...

Tarix:

17-02-2023, 19:58

/ 318 dəfə oxundu.
Naxçıvanda `Aqrolizinq` də KƏLLƏ-MAYALLAQ İŞLƏYİR... - NAZİRİN NƏZƏRİNƏ...

Naxçıvan Muxtar Respublikası (MR), Babək rayonu, Nehrəm kənd sakini Muradov Hikmət Baxşəli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Həmin məktubu olduğu kimi dərc edirik:

“Mən, Muradov Hikmət Baxşəli oğlu, Babək rayon, Nehrəm kənd sakiniyəm. Hal-hazırda Babək rayonunun Araz kəndində yaşayıram.

2011-ci ilin aprel ayının 18-də Naxçıvan Muxtar Respublikasının “Aqrolizinq” səhimdar təşkilatı tərəfindən İran İslam Respublikasından gətirilmiş iribuynuzlu inəklərdən ailə təsərüffatını inkişaf elətdirmək üçün lizinq yolu ilə 2 baş inək götürdüm. Aprel ayında götürdüyüm inəklər 2011-ci ilin oktyabır ayının 16-da tələf oldu.

İnəklərdən biri xəstə olduğu müddətdə mən Baytarlıq İdarəsinin baş həkiminə müraciət etdim. Həkimlər inəyə baxış keçirdi. Nehrəm və Babək rayon baytarlıq idarəsinin baş həkimi 1 həftəlik müalicədən sonra (onu da qeyd edim ki, müalicə üçün müəyyən miqdarda pul xərcləmişəm) həkimlər müalicənin nəticə vermədiyini gördü və nəticədə inək tələf oldu. Respublika Baş Baytarlıq İdarəsinin baş həkimi Kamil müəllimi dəvət edərək, inəyi yarıb, laboratoriya analizi götürdülər. Nəticədə inəyin qarşısıalınmaz “KATARAL İSİTMƏ” xəstəliyi nəticəsində öldüyünü bildirdilər.

Bundan sonra müqavilənin şərtlərinə uyğun olaraq komissiya təşkil olundu və inəyin mənim üstümdən silinməsi üçün akt tərtib olundu.

Bu hadisələrdən sonra dəfələrlə “Aqrolizinq”in rəhbəri Vasim Məmmədova müraciət etməyimə baxmayaraq, inəyin ödənişi mənim üstümdən götürülmədi.

2015-ci ilin may ayında Babək rayon prokuroru İsrafil müəllim məni yanına çağırtdıraraq, faktla üzərimdən silinməsinə baxmayaraq, tələf olmuş inəyin pulunu məndən tələb etdi. Bildirmək istəyirəm ki, inəyin bir ədədinin qiyməti 3300 manatdır. İlkin olaraq məndən 660 manat alınmışdı. Mən İsrafil müəllimə müqaviləni göstərərək, onun şərtində “mübahisəli məsələlər məhkəmə yolu ilə həll edilməlidir”, - deyə bildirsəm də, o, məni təhqir edərək, hədə-qorxu gələrək geri qalan məbləğin günün sonunadək ödənilməsini, ödənilmədiyi təqdirdə məni şərliyərək tutduracağını bildirdi.

Mən də məcburiyyət qarşısında qalaraq həyat yoldaşıma aid olan nişan üzüyünü və digər zinət əşyalarını dəyərindən çox aşağı qiymətə sataraq (800 manata), əlavə də 200 manat borc alaraq Babək rayon prokuroru İsrafil müəllimə 1000 manat verdim. O, 1000 manatın az oluğunu bildirərək, məni prokurorluqda saxladı və “Naxçıvan Bank” ASC-dən əlavə olaraq kredit götürüb ona verməyimi tələb etdi.

12 iyun 2015-ci il tarixdə son çarə olaraq həyat yoldaşımın adına “Naxçıvan Bank”a müraciət etdim, onlar bizə 2000 manat dəyərində kredit verdi. 2000 manatı da İsrafil müəllimə verdikdən sonra bildirdim ki, məhkəməyə müraciət edəcəm.

Sonra mən Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına müraciət edərək, özümə vəkil tutdum və başıma gələn hadisəni vəkilə danışdım. Vəkil Hakim müəllimin köməyi ilə İqtisadiyyat Məhkəməsinə müraciət etdim. Bunu eşidən İsrafil müəllim məni yanına çağıraraq, yenidən hədə-qorxu gəldi, şikayəti geri götürməsəm başımın ağrıyacağını bildirdi. Mən də məcburiyyət qarşısında qalaraq şikayətimi geri götürdüm.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm ki, mənim yazdıqlarımı saytınız vasitəsilə işıqlandırasınız və mənim səsimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə, Baş prokuror Kamran Əliyevə, DTX rəisi Əli Nağıyevə çatdırasınız.

Onu da nəzərinizə çatdırım ki, İsrafil müəllim hal-hazırda Naxçıvan Respublika Prokurorluğunda işləyir.

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq. //Hurriyyet.az/

Şərhlər

XƏBƏR LENTİ