Bakı Şəhər İcra Hakimiyyəti strateji ƏRAZİNİ SATIB? - İşə Metropoliten də QARIŞIB
"Mehri” Mənzil-Tikinti Kooperativi (MTK) Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Xalqxeber.az xəbər verir ki, "Bakı Metropoliteni” QSC də prosesə maraqlı şəxs qismində qoşulub. Məhkəmə çəkişməsinin səbəbi torpaq münasibətləri üzrə mübahisələrdir. Birinci instansiya məhkəməsi MTK-nın iddiasını təmin etmədiyinə görə, şirkət apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim Xəyalə Cəmilovanın sədrliyi ilə baxılacaq.
"Mehri” MTK 7 sentyabr 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Hüseynov Tural Şakir oğludur.
Araşdırmalarımız zamanı bəlli olub ki, "Mehri” MTK Yasamal rayonu, Murtuza Muxtarov küçəsi ilə İbrahim Əbilov küçəsinin kəsişdiyi hissədə yaşayış binası tikmək istəyib. Lakin "Bakı Metropoliteni” QSC tikinti dayandırıb. Səbəb kimi ərazinin QSC-yə aid olduğu və strateji əhəmiyyət daşıdığı bildirilib.
MTK tikiləcək binada 1.5 milyon dəyərində mənzil satışı da həyata keçirib.
Tikinti dayandırılıqdan sonra şirkət Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Çünki ərazi MTK-ya bu qurum tərəfindən verilib.
İcra Hakimiyyətinin strateji ərazini bina tikintisi üçün "Mehri” MTK-ya ayırması bu məsələdə qaranlıq məqamların olduğundan xəbər verir.Qaynarinfo.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?