Paşinyan Qarabağdakı separatçılara yeni lider axtarır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
“Artsax prezidenti”nin və “dövlət naziri”nin Moskvaya səfərlərindən sonra gedən proseslər “hökumət” platformasında status-kvonun saxlanılacağını deməyə əsas verir. Yəni Rusiya Federasiyası nə “prezident” Arayik Arutyunyanın, nə də “dövlət naziri” Ruben Vardanyanın istefasını istəmir, ona görə də “Artsax”da son zamanlar köklü dəyişikliklər başlayıb.
Xalqxeber.az Yenisabah.az-a istinadla xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
Erməni nəşri qeyd edib ki, ötən gün Arayik Arutyunyan “prezident vəzifəsi”nin boş qalacağı təqdirdə “konstitusiya”ya dəyişiklik təşəbbüsü ilə çıxış edib:
“Hazırkı “konstitusiya”ya görə, “prezident” “istefa” verəndən sonra həm “hökumət”, həm də “parlament” avtomatik olaraq buraxılır. Yuxarıdakı dəyişiklikdən sonra isə fors-major və ya hərbi vəziyyət zamanı “prezident” “istefa” verdikdə, yaxud vəfat etdikdə “parlament” yeni “prezident” seçə bilər”.
Qəzet yazır ki, bu müddəa ötən aylarda hazırlanan “konstitusiya” dəyişiklikləri paketinə daxil edilib, lakin ilin sonunda Araik Arutyunyan bu paketi “parlament”dən geri götürüb:
“Onun peşman olduğu və “konstitusiya”nı dəyişmək istəmədiyi barədə məlumatlar var idi. Lakin Ermənistan hakimiyyətinin təkidi ilə bu qərar “yalnız prezidentin vəfatından sonra” ilə dəyişdirildi. Mənbələrimiz bildirir ki, Nikol Paşinyan “Artsax”da status-kvonun saxlanmasından narahatdır və “konstitusiya” dəyişiklikləri yolu ilə yalnız ona tabe olan yeni “hökumət” qurmaq istəyir.
KİV onu da əlavə edib ki, dünən separatçı qurum çevrələrində yeni “prezident”in adı belə hallanıb:
“Həmin şayiələrə görə, Paşinyan “parlament” tərəfindən Soros çevrələrinə yaxın olan “Artsax”ın “baş prokuror”u Qurgen Nersisyanı “prezident” təyin etmək istəyir. Buna baxmayaraq, bir müddət sonra Arutyunyanın bu dəyişiklikləri rədd edəcəyi də istisna edilmir”.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?