Həkim-aptek “sövdələşməsi”! – Can verən Hippokrat andı və narazı xalq...
“Həkim və aptek arasında olan münasibət qeyri sağlamdır. Bu da pasiyentlərin həkimlərə olan güvənini yox edir”.
Xalqxeber.az bildirir ki, bunu “Sherg.az” a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, belə hadisələr qanunda olan boşluqlardan yaranır:
“Dərman maddələrinin təqdimatı ilə bağlı dünyanın müxtəlif yerlərində fərqli mexanizimlər mövcuddur. ABŞ- də hansısa firma bir antibiotik və ya dərman peraparatı icad edibsə, bunu həkimlərə təqdim etmək üçün xüsusi farmakoloji informatorlar var. Onlar müəyyən yollarla tədbirlər keçirərək həkimlərə dərmanların tərkiblərini izah edirlər. Həkimlər hər hansı bir şirkətin dərmanından istifadə etdikdə şirkətlər onların konfıranslarını, ya da məzuniyyət xərclərini ödəyə bilirlər. Belə praktikalar dünyada mövcuddur.
Hesab edirəm ki, həkimlər bizdə yaranan problemin fərqindədirlər. Onlar apteklərlə əməkdaşlıq edərək dərman satışı həyata keçirirlər. Bu da insanların həkimlərə olan etibarlarının itməsinə gətirib çıxarır. Bunlara səbəb qanundakı boşluqlardır. Həkimlər öz peşələrinə düzgün yanaşmalıdırlar. Hər kəs həkim adına uyğun davranmalıdır”.
Qeyd edək ki, son illər həkim və apteklər arasındakı “sövdələşmələr” əhalinin narazılığına səbəb olur. Səbəb isə vətəndaşın müraciət etdiyi həkimin pasiyentini yönləndirdiyi aptekin dərman preparatını baha bazarlamasıdır. İllərdir, bu məsələ barədə yazılsa da, problemə əncam çəkilmir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?