Ağdaşın Qaradeyin kəndinin qaragünə qalan Ailə Sağlamlıq Mərkəzi - BU NƏDİ BELƏ?
Ağdaş rayon Qaradeyin kəndində olan Ailə Sağlamlıq Mərkəzinin binası acınacaqlı vəziyyətdən qurtulacağı günü gözləyir.
Binanın dam örtüyü, döşəməsi, qapı, pəncərələri və divarları yararsız vəziyyətdədir.
Ötən əsrin 70 ci illərində istifadəyə verilən bina vaxtı ilə 4 kəndin 10 min nəfərə yaxın əhalisinə xidmət göstərib. Binanın hər an uçmaq təhlükəsi olduğundan kənd sakinləri tibbi müayinə və müalicə üçün rayon mərkəzinə getməli olurlar. Bu da insanlar üçün həm vaxt itgisi, həm də əlavə xərc deməkdir.
Sakinlər bildirirlər ki, yağış yağanda binaya daxil olmaq müşkülə çevrilir. Binada heç bir qızdırıcı sistem olmadığından tibbi heyət odun sobasından istifadə etmək məcburiyyətindədir.
Mərkəz binasının hazırkı, vəziyyəti ilə bağlı sakinlər dəfələrlə rayon icra hakimiyyətinə və müvafiq qurumlara müraciət etsələr də bu günə kimi binada heç bir təmir-bərpa işləri aparılmayıb.
Mərkəzin tibbi heyəti binalarının tezliklə təmir olunacağı günü gizləyir.
Mövzunu diqqətdə saxlayacağıq. //Bizim.Media//

















XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub