SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İnam Kərimovla bağlı İLGİNC İDDİA - 16 MİLYARDLIQ YEYİNTİ?!!

İnam Kərimovla bağlı İLGİNC İDDİA - 16 MİLYARDLIQ YEYİNTİ?!!

Tarix:

13-02-2023, 09:00

/ 239 dəfə oxundu.
İnam Kərimovla bağlı İLGİNC İDDİA - 16 MİLYARDLIQ YEYİNTİ?!!

 
Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytını izlərkən adama elə gəlir ki, KTN İnam Kərimov əməlli-başlı işləyir. Tez-tez vətəndaşlarla görüşlər keçirir və sair.

Amma, digər tərəfdən də müxtəlif müstəqil medialarda vətəndaş müraciətləri hərəsi bir yandan yayımlanır.
Müraciətlərin əsasını subsidiya problemi təşkil edir.

Vətəndaş narazılıqları ilə medianın diqqətini üzərinə çəkən KTN barəsində daha bir maraqlı məlumatı Vüsal Əliyev adlı facebook istifadəçisi paylaşıb.

Vüsal Əliyev yazır:
"Hər kəs Tarif Şurasından yazsın, görün mən nədən danışıram. Gördüyünüz bu ferma Şamaxı rayonunun girişində tikilir. Tikintisi bilindiyi kimi artıq neçə ildir ki, davam edir.
Ferma Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansındadır və nazirliyin sifarişi əsasında tikilir. Buraya qədər hər şey normaldır.
Keçək əsas məsələyə.
Ferma artıq üç ilə yaxındır ki, kağız üzərində fəaliyyət göstərir. 11 min iribuynuzlu heyvanın saxlanıldığı bu fermaya nə az nə çox büdcədən 16 000 000 000 AZN pul xərclənib. (oxuya bilməyənlər üçün yazıram 16 MİLYARD MANAT) Hazırda burada 800 nəfər işləyir və hər ay maaş da alır. Fermada kağız üzərində o qəddddərrrrr şey var ki, birini elə mən deyim. Fermaya 2100 sağım aparatı alınıb biri 5000 manatdan. Cəmi 10 milyon 5 yüz min manat. Amma yoxdur. Bu fermanın süd məhsullarını marketlərdən alıb dadına baxa bilməzsiniz. Çünki, o da yoxdur."
Fermaya hər il min tonlarla yem alınır. Amma, o da kağız üzərində.
Siz də düşmüsüz ki, 10 qəpik belə getdi, Tarif Şurası elə gəldi. Di gedin rahat yatın."

"DogruXeber.az" bildirir ki, Vüsal Əliyevin yayımladığı bu məlumatı oxuduqda belə məlum olur ki, sən demə hörmətli gənc nazir İnam Kərimov həqiqətən də "əməlli-başlı işləyir"miş. İndi bu rəqəmlərin də üzərinə "həftə səkkiz, mən doqquz" bağlanan qara nidalı tender müqavilələrindəki rəqəmləri gəldikdə...

Vay fələk... beynim "error verdi". Amma, maraqlıdır ki, gənc nazirin fəaliyyətində "error verən" hər hansı ən kiçik "mexanizm" belə yoxdur.

Sual yaranır, bir "milyarder nazirlik" üçün aylarla get-gəldə qalan, bütün əsəbləri tarıma çəkilən, həm sağlamlığı, həm kifayət qədər zamanını itirən zəhmətkeş kəndlilərin 100-150 AZN subsidiyasını vaxtında ödəmək niyə bu qədər çətin olur ki?

Yeri gəlmişkən, qeyd etdiyimiz məlumatlarla bağlı Kənd Təsərrüfatı Nazirliyinin də mövqeyini dinləməyə hazırıq. //"DogruXeber.az"//

İnam Kərimovla bağlı İLGİNC İDDİA - 16 MİLYARDLIQ YEYİNTİ?!!


Şərhlər

XƏBƏR LENTİ