Vasif Talıbovla bağlı daha bir iddia: Ordenləri əlindən alınacaq
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verdikdən sonra onun iqtisadi təsir imkanlarını zəiflədilməsi prosesinə start verildi. Talıbovun nəzarətində olan Azərbaycandakı iri biznes subyektləri əlindən alındı, eyni zamanda onun xaricdəki biznesi ilə bağlı araşdırmalara başlanıldı. Hər halda bu barədə yerli mediada gedən məlumatlar təkzib olunmayıb.
Vasif Talıbovun biznes imperiyasına əl qoyulması onunla bağlı baş verənlərin kökündə iqtisadi səbəblərin dayanması barədə mülahizələrə səbəb oldu. Lakin keçmiş sədrlə bağlı atılan müəyyən addımlar prosesin heç də iqtisadi səbəblərdən qaynaqlanmadığı barədə ehtimalları artrıb.
Oğlu Seymur Talıbovun işdən çıxarılması, ona yaxın kadrların ard-arda vəzifələrini itirməsi, yaxın vaxtlarda keçmiş sədrin deputat mandatını da itirəcəyi barədə məlumatlar "xan”ın mərkəzi hakimiyyətin yürütdüyü siyasətə zidd kurs tutması barədə hələlik pıçıltı ilə səsləndirilən iddiaların əsassız olmadığı qənaətini möhkəmləndirib.
Vasif Talıbovla bağlı atılacağı gözlənilən addımlar da onun siyasi səbəblərdən neytrallaşdığı qənaətində olan arqumentləri gücləndirib.
Keçmiş sədrlə bağlı növbəti addımlara gəlincə, Qaynarinfo-ya daxil olan məlumatda iddia olunur ki, ona verilmiş ordenlər də geri alına bilər.
Məlumat üçün deyək ki, Vasif Talıbov 2010-cu ildə "Şöhrət”, 2020-ci ildə isə "Şərəf” ordeni ilə təltif edilib. Hər iki orden yüksək mükafat sayılır. Vasif Talıbov "Şöhrət” ordenini Azərbaycanda qanunvericiliyin təkmilləşdirilməsi və sosial-iqtisadi inkişafın təmin olunmasında göstərdiyi xidmətlərə, "Şərəf” ordenini isə Azərbaycanda dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə alıb.
Amia.az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?