SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rayona avtobusla gedənlərin nəzərinə - QİYMƏTLƏR DƏYİŞİR

Rayona avtobusla gedənlərin nəzərinə - QİYMƏTLƏR DƏYİŞİR

Tarix:

2-02-2023, 16:04

/ 304 dəfə oxundu.
Rayona avtobusla gedənlərin nəzərinə - QİYMƏTLƏR DƏYİŞİR

 Şəhərlərarası (rayonlararası) avtobus marşrutlarında məsafəyə uyğun sərnişin biletlərinin yeni tarifləri elan olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Bakı Beynəlxalq Avtovağzalından bildirilib.

Tarif (qiymət) Şurasının 31.01.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş tarifə uyğun hesablanıb.

Yeni qiymətlər fevralın 3-dən qüvvəyə minir.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 31 yanvar 2023-cü il tarixində keçirilən növbəti iclasında daşıyıcı şirkətlərin müraciətlərinə baxılmış və ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.

Müraciətlərdə sonuncu tənzimləmədən ötən müddətdə ehtiyat hissələrinin idxal qiymətinin və təmir xərclərinin artmasının sərnişindaşımada maya dəyərinə ciddi təsiri, daşıyıcı şirkətlərin maliyyə vəziyyəti, avtobus parklarının yenilənməsi və xidmətin davamlılığının təmin edilməsi ilə bağlı məsələlərin tarif tənzimlənməsinə zərurət yaratdığı bildirilir. Məlumat üçün qeyd edək ki, şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası, həmçinin şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin yuxarı həddi və metroda sərnişindaşıma xidmətinin tarifi ilə bağlı sonuncu qərar 2018-ci ilin avqust ayında qüvvəyə minib.

Tarif (qiymət) Şurasının iclasında təklif olunan müxtəlif tarif artımı variantları nəzərdən keçirilmiş, dövlətin sosial siyasətinə uyğun olaraq, sosialyönümlülük nəzərə alınmaqla ən optimal variant seçilmişdir. Təkliflərin dəyərləndirilməsi zamanı xidmətin dayanıqlılığının təmin olunması, istehlakçı ilə xidmət göstərənin maraqlarının uzlaşdırılması, iqtisadi əlverişlilik, müştəri məmnuniyyəti, xidmət səviyyəsinin yaxşılaşdırılması kimi amillər əsas götürülüb.

Aparılan müzakirələrdən sonra 10 qəpik artırılmaqla metroda sərnişindaşıma tarifi 1 gediş üçün 40 qəpik, ölkə üzrə tarifin yuxarı həddi şəhərdaxili avtobus marşrutlarında 40 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 0,40-1,00 manat təsdiq edilmişdir. Şəhərlərarası avtobus marşrutlarında isə tarifin yuxarı həddi 1 kilometr üçün 3 qəpik səviyyəsində müəyyən olunub (əvvəlki tarif 2,4 qəpik).

Şəhərlərarası (rayonlararası) avtobus marşurutlarında məsafəyə uyğun sərnişin biletlərinin
TARİFLƏRİ

№    Bakıdan- şəhər və rayonlara    “Məsafə
(km)”    “Tariflər
(manatla)”
1    Ağcabədi    306.0    9.2
2    Ağdam    351.0    10.5
3    Ağdaş    265.0    8.0
4    Ağstafa    442.0    13.3
5    Ağsu    153.0    4.6
6    Arabaçı    483.0    14.5
7    Aşağı Ağcakənd    349.0    10.5
8    Astara    317.0    9.5
9    Balakən    441.0    13.2
10    Bərdə    305.0    9.2
11    Beyləqan    291.0    8.7
12    Böyük Qışlaq    463.0    13.9
13    Çayrəsullu    488.0    14.6
14    Cəlilabad    211.0    6.3
15    Daşburun    265.0    8.0
16    Daşkəsən    386.0    11.6
17    Daş Salahlı    470.0    14.1
18    Əhmədbəyli    295.0    8.9
19    Əliabad (Lerik)    327.0    9.8
20    Fərzalı    483.0    14.5
21    Fizuli    323.0    9.7
22    Gədəbəy    432.0    13.0
23    Gəncə    348.0    10.4
24    Goran    307.0    9.2
25    Goranboy    313.0    9.4
26    Göyçay    253.0    7.6
27    Göygöl    358.0    10.7
28    Hacıhətəmli    234.0    7.0
29    Həzrə    235.0    7.1
30    Hindarx    330.0    9.9
31    Horadiz    299.0    9.0
32    Imişli    258.0    7.7
33    İsalı    479.0    14.4
34    İsmayıllı (Kürdəmirdən)    260.0    7.8
35    İvanovka (Gədəbəy)    477.0    14.3
36    Kəmərli    515.0    15.5
37    Kürdəmir    189.0    5.7
38    Lahıc    242.0    7.3
39    Lənkəran    272.0    8.2
40    Lerik    329.0    9.9
41    Mahrızlı    370.0    11.1
42    Masallı    236.0    7.1
43    Mingəçevir    308.0    9.2
44    Nabran    219.0    6.6
45    Naftalan    326.0    9.8
46    Novosaratovka    463.0    13.9
47    Oğuz    348.0    10.4
48    Qabaqçöl (Balakən)    459.0    13.8
49    Qaradağlı    391.0    11.7
50    Qax    402.0    12.1
51    Qazax    454.0    13.6
52    Qəbələ (Kürdəmirdən)    315.0    9.5
53    Qəribli (Tovuz)    476.0    14.3
54    Qırmızı Körpü    494.0    14.8
55    Qoşabulaq    462.0    13.9
56    Quba    167.0    5.0
57    Qusar    177.0    5.3
58    Quzanlı    356.0    10.7
59    Saatlı    191.0    5.7
60    Sabirabad    176.0    5.3
61    Şabran    122.0    3.7
62    Şamaxı    116.0    3.5
63    Saratovka    472.0    14.2
64    SDK    210.0    6.3
65    Şəki    352.0    10.6
66    Şəmkir    385.0    11.6
67    Siyəzən    100.0    3.0
68    TərTər    324.0    9.7
69    Tovuz    424.0    12.7
70    Ucar    235.0    7.1
71    Xaçmaz    157.0    4.7
72    Xaçmaz (Oğuz)    333.0    10.0
73    Xudat    182.0    5.5
74    Yalama    200.0    6.0
75    Yardımlı    292.0    8.8
76    Yevlax    280.0    8.4
77    Zaqatala    418.0    12.5
78    Zəngilan    379.0    11.4
79    Zərdab    266.0    8.0

Şərhlər

XƏBƏR LENTİ