SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Yeni qanun uğurlu siyasi islahatların sübutudur

Yeni qanun uğurlu siyasi islahatların sübutudur

Tarix:

17-01-2023, 17:10

/ 285 dəfə oxundu.
Yeni qanun uğurlu siyasi islahatların sübutudur

 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təməlini atmış olduğu islahatlar siyasətinin davamlı parçası olan “Siyasi partiyalar haqqında” qanunun qəbulu da bu istiqamətdə mütərəqqi, yeni addımların atılmasına və ölkəmizin daha da güclü, qüvvətli, demokratik cəmiyyətinin formalaşmasına böyük bir töhfə verəcəkdir
Ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanması zəruriliyi həm də yeni siyasi mühitin çağırışı idi. Bu baxımdan, siyasi arenada fəaliyyət göstərən bir çox siyasi partiyalar, eləcə də onların Milli Məclisdə təmsil olunan nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ilə bağlı parlamentin sədrinə müraciət etdilər. Müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına cavab verən yeni qanunun hazırlanmasının zəruriliyi həmin müraciətdə öz əksini tapmışdır. Bütün bunlarla paralellik təşkil etməsi ilə yanaşı, Azərbaycanda bütün sahələr üzrə uğurlu siyasi islahatların həyata keçirilməsi yeni siyasi konfiqurasiyanın formalaşmasını da şərtləndirib. Bu amil siyasi münasibətlərin və dialoq mühitinin inkişafına əhəmiyyətli təsir göstərir. Belə bir şəraitdə “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi yerində atılmış addım olaraq qiymətləndirilə bilər.
Qeyd edək ki, “Siyasi partiyalar haqqında” qanun 3 iyun 1992-ci il tarixində qəbul olunmuşdu və yeni qanunun qəbuluna qədər onun üzərindən artıq 31 il keçirdi. Bu baxımdan, Azərbaycanın siyasi sistemində və bu sistemdə fəaliyyət göstərən partiyaların fəaliyyətində ciddi yeniliklərin və irəliləyişlərin qanuni qaydada həyata keçirilməsi üçün yeni qanunun qəbul edilməsi vacibliyi duyulurdu. Məhz bu mənada, siyasi partiyaların fəaliyyətinin daha yüksək səviyyədə qurulmasında, genişlənməsində həmin qanun ciddi maneələr yaradırdı. Ona görə də, müasir inkişafın spesifikası və səviyyəsi nəzərə alınaraq, bu sahədə yeni qanunun hazırlanması faktoru həm də tələbata çevrildi. Bir neçə dəfə müzakirələrdən sonra nəhayət, Milli Məclisin dekabrın 16-da keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edildi.
İndiyədək əvvəlki qanuna bir neçə dəfə dəyişikliklər edilib. Amma bu dəyişikliklər də kifayət etmirdi. Ona görə də partiya təmsilçiləri Milli Məclisdə təkliflərlə çıxış edərək, qanunun yenidən işlənməsinin vacibliyini önə çəkirdilər. Nəhayət, belə bir zaman yetişdi, Milli Məclisdə təmsil olunan siyasi partiyalar parlamentin rəhbərliyinə müraciət edərək yeni qanunun hazırlanmasının vacibliyini qeyd etdilər və aparılan müzakirələrdən sonra yeni qanun layihəsi qüvvəyə mindi. Bu, həm Milli Məclisdə təmsil olunan, həm də təmsil olunmayan siyasi partiyaların demokratik siyasi mühitdə daha rentabelli fəaliyyətlərinə yol açmış oldu.
Təsadüfi deyil ki, qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilib, Azərbaycanın siyasi sisteminin və milli xüsusiyyətlərinin, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri də nəzərə alınıb. Yenilənmiş layihədə sənədlərin toplanması ilə bağlı müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər isə azaldılıb.
Artıq əminliklə deyə bilərik ki, aktiv müzakirələr nəticəsində yeni siyasi konfiqurasiyanın yüksək səviyyədə qurulmasında əhəmiyyətli rol oynayan qanunvericilik bazası mövcuddur və siyasi partiyaların fəaliyyəti üçün daha geniş imkanlar yaradılıb. Yeni qanun layihəsi paralel olaraq Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edən siyasi partiyalar üçün də yeni perspektivlər müəyyən edir.
Artıq indiki Azərbaycan 30 ilki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir və bu reallıq ölkədə həyata keçirilən islahatların növbəti təzahürüdür. İslahatlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb, Azərbaycanın dünya birliyindəki mövqeyini daha da möhkəmləndirib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir.
Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir.
 
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ