SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Bu gün hədəfimiz bərpaolunan enerjidir

Bu gün hədəfimiz bərpaolunan enerjidir

Tarix:

17-01-2023, 11:00

/ 249 dəfə oxundu.
Bu gün hədəfimiz bərpaolunan enerjidir

 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il yanvarın 15-16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfəri, bu səfər çərçivəsində BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü, həmçinin Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışı ölkə diplomatiyasının növbəti uğuru sayılmalıdır.
İlk növbədə qeyd edilməlidir ki, hər iki dövlət arasında əhəmiyyətli ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər strateji əhəmiyyətə malikdir.
Azərbaycan Prezidentinin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə texnoloji inkişafın yaradacağı böhranlardan ziyan görməmək, iqtisadi inkişaf və texnologiya, habelə innovasiya tətdiqi ilə inkişaf əldə edilməsi üçün mühüm addımlar atıldı. Prezident İlham Əliyevin Əbu-Dabi Davamlılıq Həftəsinin açılış mərasimində çıxış etmək üçün dəvət olunması ilk növbədə, məhz dövlətimizin qeyd olunan istiqamətdə aparıcı mövqedə qərarlaşması ilə izah olunmalıdır. Yəni, Azərbaycan Prezident İlham Əliyevin strateji və uzaqgörən addımları ilə artıq gələcəyi idarə edəcək güclərdən birinə çevrilməkdədir.
Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərinin  əsl mahiyyətini araşdırmaq üçün Yaxın və Orta Şərqdə, o cümlədən Qafqazdakı geosiyasi situasiya və ölkələrimizin bu proseslərdə rolu ayrı-ayrılıqda təhlil olunmalıdır. Azərbaycanla bağlı məsələlər  Prezident İlham Əliyevin hakimiyyəti illərində tam iqtisadi müstəqilliyə nail olmaqla siyasi suverenliyini möhkəmlədən, güclü ordu quruculuğu həyata keçirən, milli müdafiə sənayesi yaradan Azərbaycan xüsusən Vətən müharibəsindəki Qələbəsindən sonra bölgənin şübhəsiz ki, diktə edən hərbi-siyasi gücüdür. Azərbaycan artıq bölgənin siyasi gündəmini müəyyən edən dövlətdir. 
Birləşmiş Ərəb Əmirlikləri isə son 30 ildə imkanlarını artırmaqda olsa da, xüsusən Ərəb baharı dalğasından sonra bütövlükdə Yaxın və Orta Şərqin aparıcı güclərindən birinə çevrilib. Misir, Liviya, Yəmən, Efiopiya, Somalidə həyata keçirdiyi hərbi-siyasi fəaliyyətlər, İsraillə strateji işbirliyi, ABŞ-da, bir sıra Avropa ölkələrində ciddi lobbiçilik fəaliyyəti BƏƏ-nin qlobal müstəvidə ciddi siyasi qütbə çevrildiyini göstərməkdədir. Bütün bunlar isə o mənaya gəlir ki, Azərbaycan Prezidentinin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərinin istənilən siyasi-iqtisadi, hərbi və təhlükəsizlik məzmunlu nəticəsi bütövlükdə regional təsirlərlə müşayiət olunacaq.  
İlk növbədə, həm Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan, həm də Prezident İlham Əliyev tərəfindən Azərbaycanın və BƏƏ-nin ayrı-ayrılıqda fəaliyyətlərini sülhsevər hesab etdikləri bəyan olundu. Bu, o deməkdir ki, BƏƏ rəsmi Bakının Cənubi Qafqazda hərbi-siyasi fəaliyyətini regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdiyi səy hesab edir və bunun bəyan olunmasından çəkinmir.
Qeyd edildi ki, bu gün Azərbaycanın Bərpaolunan enerji sahəsində  nəhəng potensial vardır. İkincisi isə, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb, Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir. 
Hazırda Azərbaycanın təbii qaz ixracı günbəgün artır. Əgər 2021-ci ildə bu 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaqdır. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planları təkcə Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Həmçinin Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaqdır. Eyni zamanda SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalamaqla Bakı sözü və əməli bir olan güc mərkəzi kimi növbəti dəfə özünü təsdiqlədi.
Bu gün ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. İndi isə hədəfimiz bərpaolunan enerjidir. 
 
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü 
 
 
 
 
 
 

Şərhlər

XƏBƏR LENTİ