Vasif Talıbov YAP-ın İdarə Heyətindən kənarlaşdırılır - GƏLİŞMƏ
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvlüyündən də çıxarıla bilər.
Xalqxeber.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Ali Məclis sədri postundan istefa verəndən sonra hakim partiyanın Naxçıvan MR təşkilatının sədrliyini da itirən Vasif Talıbovun İdarə Heyətində saxlanılacağı inandırıcı görünmür.
Təcrübə göstərir ki, hakimiyyət komandasında uzaqlaşdırılan məmurlar adətən YAP-dan da kənarlaşdırılır. Bu addım xüsusilə, cəmiyyətdə mənfi reputasiyaya malik məmurlarla bağlı atılır. Korrupsiya ittihamı ilə həbs edilən sabiq icra başçıları və digər məmurların YAP-dan çıxarılması buna nümunə ola bilər.
Vasif Talıbov da bu kateqoriyaya aid məmurlardan hesab edilir. Hər halda istefasından dərhal sonra haqqında media orqanlarında tənqidi materialların yer alması onunla bağlı proseslərin hələ davam edəcəyini göstərir.
YAP-dakı mənbələr də hesab edir ki, Vasif Talıbovun artıq hakim partiyanın üst qurumlarında təmsilçiliyi məqsədəuyğun sayılmır. Korrupsiya və müxtəlif qanunsuzluqlarda ittiham edilən, barəsində demək olar ki, hər gün yeni-yeni neqativ faktların dərc olunduğu Vasif Talıbovun YAP-ın rəhbərliyində təmsil olunması hakim partiyanın nüfuzuna xələl gətirə bilər. Ona görədə keçmiş "xan"ın yaxın vaxtlarda YAP-ın İdarə Heyətindən də uzaqlaşdırılacağı gözlənilir. Ehtimal olunur ki, bu, onun "könüllü” istefası ilə baş verəcək.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?