SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “The Guardian”: “Zelenski Hollivudda əfsanəvi status qazanıb” - FOTO

“The Guardian”: “Zelenski Hollivudda əfsanəvi status qazanıb” - FOTO

Tarix:

10-01-2023, 07:50

/ 311 dəfə oxundu.
“The Guardian”: “Zelenski Hollivudda əfsanəvi status qazanıb” - FOTO

“Volodimir Zelenski amerikalı aktyorlarla müsahibəsi, videomüraciətləri və ABŞ-yə səfərindən sonra Hollivudda günün qəhrəmanına çevrilib”.

Bu barədə “The Guardian”ın köşə yazarı İzabel Koşiv yazıb.

“Zelenskinin kommunikasiya fəaliyyətini izləyənlərin fikrincə, məhz o, Hollivudu Ukrayna məsələsinə cəlb etməyə davam edib”, - deyə jurnalist bildirib.

Məqalədə Hollivud Tənqidçiləri Assosiasiyasının prezidenti Nikki Faulerdən də sitat gətirilir. Faulerin fikrincə, Zelenskinin səfərini həyatı təqlid edən sənət adlandırmaq olar. “Və bu, təkcə Hollivuda deyil, bütün ABŞ-yə aiddir. Düşünürəm ki, bu bir çox məşhurlarda əks-səda doğurdu”, - deyə o vurğulayıb.

Məqalə müəllifi belə nəticəyə gəlib ki, həmçinin keçmiş aktyor və komediya ustası olan Zelenski “Hollivudda əfsanəvi status” qazanıb.

Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel bildirib ki, keçmiş aktyor kimi Zelenski xüsusilə Hollivuddan olan aktyorların gücünü yüksək qiymətləndirir.

Qeyd edək ki, noyabrın əvvəlində amerikalı aktyor Şon Penn Zelenskiyə “Oskar” heykəlciyi hədiyyə etmişdi. Bundan əlavə, digər Hollivud məşhurları, xüsusilə Ancelina Coli, Ben Stiller və Cessika Çesteyn müharibənin başlanmasından sonra Ukraynaya səfər ediblər.





Şərhlər

XƏBƏR LENTİ