Qoşqar Təhməzlinin qardaşı oğlu qanunun tələblərini pozdu – Məhkəməlik oldu
Azərbaycanda xidmət sahəsində uzun müddətdir fəaliyyətdə olan “İPE Group” məhkəməlik olub.
Qaynarinfo xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinin tələblərini pozub. İttihama görə, şirkətdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, mühasibat uçotu aparılmayıb. İddia təsdiqini taparsa, şirkət rəhbərliyini min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə gözləyir.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “İPE Group” şirkəti Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin qardaşı oğlu Təhməzli Şahbaz Ataş oğluna məxsusdur.
“Rahat Yaşam” “İPE Group” MMC şirkətinin ticarət markası olub, bina, kompleks və iş mərkəzlərinə idarəetmə və məsləhət xidmətləri göstərir.
Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli hazırda Bakıda bir neçə şirkətin – “Yoskos Ko. LTD” MMC və “Bürünc Larba” MMC-nin qanuni təmsilçisidir.
XalqXeber.Az


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?