Hərbi Pokurorluq kursantın qətlini ört-basdır edir? - BU NƏDİ BELƏ?
Dövlət Sərhəd Xidməti Akademiyasının 4-cü kurs tələbəsi, 2001-ci il təvəllüdlü kursant Murad Müslüm oğlu Nağıyevin ölümü ilə bağlı müəmma davam edir. M.Nağıyevin 13 apreldə dünyasını dəyişməsinə görə Hərbi Prokurorluğun əməkdaşları araşdırmaya başlamışdılar. Aradan 8 ay ötməsinə baxmayaraq, araşdırmanın nəticəsi barədə ictimaiyyətə heç bir açıqlama verilməyib.
Mövzu ilə bağlı Axar.az-ın Hərbi Prokurorluğa ünvanlandığı sorğu da cavablandırılmayıb.
Bir daha qeyd edək ki, M.Nağıyevin Akademiyada baş verən kütləvi davada öldüyü barədə qeyri-rəsmi informasiya yayılsa da, DSX Akademiyası bunu təkzib etmiş, onun onkoloji xəstəlikdən xəstəxanada dünyasını dəyişdiyini bildirmişdi.
Lakin həmin gün Hərbi Porkurorluğun yaydığı məlumatda M.Nağıyevin ölümü ilə bağlı araşdırma başladığı, prokurorluq əməkdaşlarını hadisə yerinə və meyitə baxış keçirdiyi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin maddi sübut kimi götürüldüyü, izahatlar alındığı və digər zəruri hərəkətlər icra edildiyi bildirildi. Qeyd edilirdi ki, fakt üzrə Bakı Hərbi Prokurorluğunda başlanılan araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir. //axar.az//

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?