Bir uzunqulağa görə sosial yardımdan məhrum oldu – Tərtərdə LƏTİFƏ KİMİ HADİSƏ
Tərtər rayonu Bəyimsarov kənd sakini İntiqam Bəhramov iddia edir ki, onun bir uzunqulağı olduğuna görə ƏƏSMN ona ünvanlı sosial yardım verməkdən imtina edib.
Xalqxeber.az bildirir ki, düşdüyü vəziyyətlə bağlı fikirlərini Bizim.Media ilə bölüşən İntiqam Bəhramov əvvəllər ünvanlı sosial yardım aldığını deyir:
“Bir axsaq uzunqulağa görə mənə ünvanlı sosial yardım vermədilər. Gəldilər, yaşayışımıza baxdılar. Həyətdə bir uzunqulaq gördülər. Ona görə mənə yardım verməkdən imtina etdilər. Guya bu uzunqulaqla mən pul qazanıram. İnandığımız haqqı 8 il qabaq canavar o uzunqulağın bir qılçasını parçalayıb. İndi o da bir işə yaramır. Amma belə başa düşdüm ki, bu şikəst uzunqulaq mənim işimə yaramasa da nazirliyin işinə yarayıb”.
Məsələ ilə bağlı ƏƏSMN ilə əlaqə saxladıq. Nazirlikdən bildirdilər ki, hazırda hansısa rəy bildirmək doğru olmazdı.
Öncəliklə İntiqam Bəhramova ünvanlı sosial yardımın nə səbəbə verilmədiyi bir daha tərəfimizdən araşdırılacaq. Şikayətçiyə və sizə ətraflı məlumat veriləcək.
Mövzunu gündəmdə saxlayırıq.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək