SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Dost və qardaş ölkələrin strateji müttəfiqliyi genişlənir

Dost və qardaş ölkələrin strateji müttəfiqliyi genişlənir

Tarix:

15-12-2022, 12:00

/ 383 dəfə oxundu.
Dost və qardaş ölkələrin strateji müttəfiqliyi genişlənir

Prezident İlham Əliyevin Türkmənistana səfəri, Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşünün təşkil edilməsi bütövlükdə Türk dünyası üçün çox ciddi hadisədir. Qütblərarası ziddiyyətin dərinləşdiyi, qüvvələr balansının tez-tez dəyişdiyi bir çağda Türk dünyasının bir mərkəz kimi çıxış etməsi, mövcud geosiyasi böhranın təsirlərini fürsətə çevirməsi artıq Böyük Türk Dönəminin başlamasından xəbər verir.
Dekabr ayının 14-də Türkmənbaşı şəhərindəki görüşlərdə səsləndiyi kimi, bu, 2022-ci il ərzində Prezident İlham Əliyevin Türkmənistana ikinci səfəridir. Bundan öncə Qazaxıstan, Özbəkistan və Qırğızıstanla çox ciddi nəticələr doğuran çoxsaylı təmaslar baş tutmuşdu. Düzdür, türkdilli dövlətlərin təmasları, çox yüksək səviyyəli əlaqələri əvvəlki dövrdə də müşahidə olunub, lakin Azərbaycanın Vətən müharibəsindəki Qələbəsi Türk dünyası tarixində yeni bir səhifə açıb. Türkiyə və Mərkəzi Asiya arasında artıq qalib, qüdrətli Azərbaycanın, Azərbaycan rəhbərliyində isə İlham Əliyev kimi nüfuzlu liderin olması əsrlərdir sadəcə arzu olaraq qalan Türk Birliyi üçün yeni və real şansa çevrilib. Əlbəttə, qardaş Türkiyənin, habelə Mərkəzi Asiyadakı Türk liderlərin bu prosesdə qətiyyətli addımları və ifadə etdikləri mövqe xüsusi vurğulanmalıdır. Lakin etiraf edək ki, prosesdə hərəkətverici sima məhz Prezident İlham Əliyevdir.
Pandemiya dövründə Türk Dövlətləri Təşkilatının səylərinin birləşdirilməsi, Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağı üzrə problemin köklü həlli, Türkiyə ilə Şuşa Bəyannaməsi başda olmaqla, demək olar ki, bütün Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin rəsmən strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi artıq Türk dünyasını qlobal siyasi-iqtisadi təsirlər qarşısında vahid orqanizmə çevirmiş oldu. Rusiya-Ukrayna münaqişəsi ilə daha da dərinləşən Qərb-Rusiya münasibətləri fonunda Azərbaycanın mərkəz olduğu bu böyük Türk arealı Şərqlə Qərb arasında ən təhlükəsiz, səmərəli və etibarlı körpüyə və haba çevrildi. Eyni zamanda, mövcud şərait həm də bizim öz dövlətlərimiz qarşısında enerji ehtiyatları tədarükünün şaxələndirilməsi, tranzit-nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi baxımından yeni vəzifələr qoydu.
Prezident İlham Əliyevin böyük uzaqgörənliklə reallaşdırdığı transmilli layihələrin də əsl əhəmiyyəti məhz bu çətin məqamlarda bir daha üzə çıxdı. Eyni zamanda, Azərbaycan artıq Mərkəzi Asiya üçün öz enerji potensialının Türkiyə və Qərbə realizəsində mühüm tərəfdaşdır, həmçinin qardaş dövlətlərimizin siyasi və iqtisadi müstəqilliyində de-fakto zəmanətçi kimi çıxış edir. Azərbaycan-Türkiyə-Türkmənistan arasında Birinci Zirvə Görüşünün Birgə Bəyanatının qəbul edilməsi, çoxşaxəli əməkdaşlıq spektorunu əhatələyən sənədlərin imzalanması bizim bu məsələdə qətiyyətimizi, prosesin isə artıq geriyə dönüşünün mümkün olmadığını göstərdi.
 
Metin Hüseynov – siyasi şərhçi, politoloq

Şərhlər

XƏBƏR LENTİ