AMEA sabiq prezidentinin kitabını çap etdirib sonra tender keçirir? - FOTOFAKT
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Xalqxeber.az yeniavaz.com-a istinadla xəbər verir ki, tenderin qalibi olan “Apostrof-A” MMC (VÖEN - 3102733781) Geologiya və Geofizika
İnstitutunun sifarişi əsasında İnstitutun Baş direktoru, AMEA-nın sabiq prezidenti, akademik Akif Əlizadənin “Azərbaycan Elmi: Gələcəyə Baxış” adlı kitabının 1-ci cildinin nəşrini həyata keçirəcək.
Açıqlanan rəsmi məlumatda bildirilir ki, ümumi sayı 150 ədəd olan kitabı “Apostrof-A” MMC 14-31 dekabr 2022-ci il tarixlərində çap edəcək və bu iş üçün 4 min 500 manat alacaq. Bir ədəd kitabın çapı 30 manata başa gələcək.
Qeyd edək ki, “Apostrof-A” MMC 18.07.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Abşeron rayonu, Ceyranbatan ŞTQ, ev 4-də yerləşir. MMC-nin qanuni təmsilçisi Akif Dənziyev Möhtəmən oğludur.
Tender müsabiqəsi ilə bağlı diqqət çəkən məqam isə odur ki, bu ilin iyul ayının 8-də AMEA-nın rəsmi saytında və “Azərtac”da yayılan məlumatda akademik Akif Əlizadənin “Azərbaycan elmi: gələcəyə baxış” ikicildlik kitabının 1-ci cildinin çapdan çıxdığı barədə məlumat yayılıb.
Məsələ ilə bağlı Geologiya və Geofizika İnstitutundan münasibət almağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?