SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Soçidə keçirilən görüş Azərbaycanın siyasi və diplomatik uğurlarından biridir

Soçidə keçirilən görüş Azərbaycanın siyasi və diplomatik uğurlarından biridir

Tarix:

4-11-2022, 14:25

/ 282 dəfə oxundu.
Soçidə keçirilən görüş Azərbaycanın siyasi və diplomatik uğurlarından biridir

Azərbaycanın möhtəşəm qələbəsi ilə başa çatan Vətən Müharibəsi nəticəsində nəhayət haqq öz yerini tapdı. Azərbaycan Ordusu 30 il Ermənistanın işğalı altında qalan vətən torpaqlarını öz gücü ilə azad etdi. Şuşa şəhəri azad edildikdən sonra Ermənistan tam Azərbaycanın maraqlarına uyğun hazırlanmış Kapitulyasiya Aktını imzalamağa məcbur oldu. Bununla da Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu.
Növbəti proseslər isə sərhədlərin delimitasiyası, sülh müqaviləsinin bağlanması və münasibətlərin nizamlanması idi. Lakin Ermənistan tərəfi hələ də noyabrın 10-da imzalanmış Bəyanatın bir sıra tələblərinə əməl etmir. Belə ki, hələ də təmas nöqtələrindən erməni silahlı birləşmələri çıxarılmır. Rəsmi İrəvan kommunikasiya xəttlərinin açılmasında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Müharibənin qanunlarına görə müharibə başa çatdıqdan sonra basdırılmış minaların xəritəsi qarşı tərəfə təhvil verilməlidir. Lakin müharibənin Azərbaycanın tam qələbəsiylə  başa çatmasına baxmayaraq Ermənistan tərəfi hələ də mina xəritələrini Azərbaycana təqdim etmir. Erməni faşistləri hələ də cinayətlərini davam etdirirlər. Onların bu cinayəti nəticəsində yüzlərlə insan minalara düşərək sağlamlığını, yaxud da həyatını itirib. 
İndiyə qədər bu kimi səbəblərdən digər dövlətlərdə bir neçə dəfə görüşlər keçirilib. Bütün görüşlər də Azərbaycanın siyasi və diplomatik üstünlüyü ilə sonlanıb.
Oktyabr ayının 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar. Bu görüş də istisna olmayıb, - Bəyanatda əksini tapan müddəalar ölkəmizin maraqlarına cavab verərək, Azərbaycanın üstünlüyü ilə başa çatıb. Belə ki, Bəyanatda Qarabağla bağlı bir kəlmə belə söz yoxdur. Eyni zamanda Azərbaycan və Ermənistan arasında bütün problemli məsələlərin yalnız BMT Nizamnaməsi və 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən, bir-birinin ərazi bütövlüyünün və suverenliyinin qarşılıqlı tanınması əsasında razılaşdırılıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında nəzərə çatdırıb ki, Azərbaycan nisbətən yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb. Bunlar beynəlxalq hüququn fundamental prinsipləridir və mənim fikrimcə, bu əsasda normallaşmaya nail olmaq mümkündür. Azərbaycan Prezidenti eyni zamanda qeyd edib ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib. Buna görə də bu baxımdan burada praktiki olaraq müzakirə edilməli məsələ yoxdur.
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə, əlbəttə, çox ciddi addımlar tələb edən formatdır. Biz bu məqsədlərə nail olmaq işində bundan sonra da Rusiyanın roluna ümid bəsləyirik.
Ermənistanın baş naziri N.Paşinyan isə üçtərəfli görüş zamanı Qarabağdakı Rusiya sülhməramlılarının mandatının 5-20 il uzadılması barədə təkliflə çıxış edib, lakin onun bu təklifi rədd edilib.
V.Putin isə sülhməramlıların qalma müddətinin Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından və sərhədlərin delimitasiyasından asılı olacağını qeyd edib. Bununla da Rusiya Prezidenti nəzərə çatdırıb ki, rəsmi Bakının razılığı olmadan sülhməramlıların mandatı uzadılmayacaq.
N.Paşinyan görüşün yekununa qarşı qəbul olunacaq sənədin bloklanmasına çalışıb, lakin Rusiya Federasiyasının Prezidenti V.Putinin təkidi ilə o, bu sənədə imza atıb və bəyanat qəbul olunub.
Soçi görüşü də Azərbaycanın indiyə qədər əldə etdiyi siyasi və diplomatik uğurlarından biridir.  

Şəhla Ağbulud
 “Abşeron” qəzetinin baş redaktoru

Şərhlər

XƏBƏR LENTİ