"Bizim Market"də qalmaqal: rəhbərlik hədə-qorxu ilə pul tələb edir?
“Bizim Market” MMC-yə daxil olan market rəhbərləri icraçı direktorlar Fərid Ələkbərov və Ramin Şirinovdan şikayətçidirlər.
Bakupost.az bildirir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Qeyd olunur ki, hər iki şəxs şirkət bağlandığı üçün mağaza müdirlərini hədələyərək, onlardan külli miqdarda pul tələb edirlər.
Şirkətin təsisçisi Rasim Salmanovun səlahiyyətindən sui-istifadə edərək, onlara hədə-qorxu gəldiyi bildirilir. Qeyd olunur ki, market rəhbərlərinə maaş və bonuslar verlmir. Onlara bildirilib ki, yalnız əmək haqqının rəsmi hissəsini karta köçürərək gətirəcəkləri halda onların əmək kitabçaları özlərinə veriləcək.
Məsələ ilə bağlı “Bizim Market”lə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, bir neçə müddət əvvəl “Bizim Market MMC”nni satılması ilə bağlı xəbər vermişdik. Belə ki, şirkəti "Promart" MMC alıb.
Əlavə edək ki, "Bizim Market” mağazalar şəbəkəsi tanınmış iş adamı Rasim Salmanova aiddir.
R.Salmanov daha öncə dəfələrlə qalmaqallı məsələlərlə gündəmə gəlib. Onun ölkədən 100 milyon dollar çıxardığı bildirilirdi.
BakuPost XalqXeber.Az



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?