Media və vətəndaş cəmiyyəti institutları ilə qarşılıqlı əlaqələr davam etdirilir
Azərbaycan Respublikası Baş Prokurorluğunda oktyabr ayının 25-də başlanan “Cinayət təqibi, media və vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əlaqələrinin müasir tendensiyaları” mövzusunda treninq bu gün də davam edib.
Baş Prokurorluğun Mətbuat xidməti və Elm-Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn təlim zamanı medianın bütün növ qruplarının (televiziya, radio, çap mətbuatı, xəbər agentliyi, internet portal) və bəzi qeyri-hökumət təşkilatlarının 30-dan artıq nümayəndəsi iştirak edib.
Əvvəlcədən müəyyən edilmiş proqrama əsasən treninqin ikinci günündə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev, Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Sahib İsmayılov və Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova prezentasiya ilə çıxışlar edib və iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyevin sosial media üçün xidməti məlumatların hazırlanma metodikasını və onların mediada yayımlama qaydasını özündə əks etdirən nitqinə treninq iştirakçıları xüsusi maraq göstəriblər.
Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi Nigar Qələndərli və Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov moderatorluğu ilə keçirilmiş dəyirmi masa zamanı iştirakçılar treninqin təşkili səviyyəsindən və müzakirə obyekti olmuş mövzuların tədrisindən razı qaldıqlarını, habelə gələcəkdə də bu kimi maarifləndirici tədbirlərdə iştirak etmək arzusunda olduqlarını ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları Baş Prokurorluğun inzibati binalar kompleksində keçirilən media tur çərçivəsində Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya ilə, müasir avadanlıqlarla zəngin olan kitabxanalarla, qabaqcıl texnikalarla təchiz olunmuş kriminalistik laboratoriyalı otaqla tanış olublar.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.









XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?