Səfər Mehdiyev “Gömrük İşi”nin istintaqına cəlb olunub - SABİQ KOMİTƏ SƏDRİ SAATLARLA DİNDİRİLİR
Bir müddət bundan əvvəl Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən kənarlaşdırılan Səfər Mehdiyev həbs edilən gömrük generallarının işi üzrə istintaqa ifadə verib.
Bir neçə gün davamlı olaraq istintaqa dəvət olunan Səfər Mehdiyev ayrı-ayrı epizodlar üzrə saatlarla istintaqın suallarını cavablandırıb.
Xatırladaq ki, hüquq-mühafizə orqanları Gömrük Komitəsinin çoxsaylı vəzifəli şəxslərini həsb edib.
Həmin şəxslər rüşvət almaqda, mənimsəmə və vəzifə səlahiyyətlərini aşma cinayətlərində təqsirli bilinir.
Qeyd edək ki, Səfər Mehdiyev 2004-cü ildən 2006-cı ilin fevral ayına qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini, 2006-cı ilin fevral ayından sədrin birinci müavini vəzifəsində çalışıb. 23 aprel 2018-ci ildə isə Dövlət Gömrük Komitəsinə sədr təyin edilib. //Gununsesi.info// XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?