XalqXəbər.Az

XalqXeber.Az » Gündəm » Avtomobil qaz borusuna çırpıldı - Xəsarət alanlar var

Avtomobil qaz borusuna çırpıldı - Xəsarət alanlar var

Avtomobil qaz borusuna çırpıldı - Xəsarət alanlar var
25-10-2022, 22:12

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq qaz borusuna çırpılıb. Qəza nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.