Avtomobil qaz borusuna çırpıldı - Xəsarət alanlar var

Avtomobil qaz borusuna çırpıldı - Xəsarət alanlar var
Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq qaz borusuna çırpılıb. Qəza nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt