Şirvan Reabilitasiya Mərkəzi kollektivi xalqın xidmətindədir
Şirvan Reabilitasiya Mərkəzi 2004-cü ilin yanvar ayından fəaliyyət göstərir. Mərkəzdə 18 yaşından yuxarı bütün kateqoriyalardan olan ƏOŞ-ə kompleks tibbi sosial bərpa müalicəsi aparılır. Mərkəzin məqsədi ƏOŞ-ə tibbi sosial bərpa müalicəsi göstərməklə cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Mərkəzin 14 çarpayısı, 7 palatası vardır.
Mərkəzdə beş şöbə (rəhbərlik, inzibati heyət,tibbi və sosial-psixoloji reabilitasiya və abilitasiya şöbəsi, orta və kiçik tibb heyəti,təsərrüfat və təminat şöbəsi) fəaliyyət göstərir.
Mərkəzdə aşağıdakı xidmətlər mövcuddur.
1.Müalicəvi idman otağı
2.Hidroterapiya (masaj vannaları)
3.Hovuz
4.Müalicəvi masaj
5.Parafin
6.Manipulyasiya otağı
7.Termoterapiya
8.Elektroterapiya
9.Psixoloji seans otağı
ƏOŞ-in müalicəsi üçün müalicə kabinetləri –elektriklə müalicə otaqları, hovuz, müalicəvi bədən tərbiyəsi otağı, masaj otağı, vanna otağı, parafin otağı,konservativ müalicə aparmaq üçün prosedura kabineti fəaliyyət göstərir.
Mərkəz yeni əsaslı təmirdən sonra oktyabr ayından yenidən fəaliyyətə başlamışdır. Bütün prosedur otaqları yeni avadanlıqlarla təchiz edilmişdir. Mərkəzə yeni müasir fizioterapiya aparatları gətirilmişdir. Eyni zamanda Müalicəvi bədən tərbiyəsi otağı da yeni müasir avadanlıqlarla təmin olunmuşdur. ƏOŞ-in rahatlığı üçün palatalarda hərcür şərait yaradılmışdır. Vanna otaqları müasir şəkildə təmir olunmuş və isti su ilə təchiz edilmişdir. ƏOŞ-in rahat şəkildə istirahəti üçün televizor və tibb çağırış sistemi aparatları quraşdırılmışdır.
Mərkəzin yeməkxanasında da ƏOŞ üçün rahat şərait yaradılmışdır. Mətbəxdə müasir avadanlıqlar,elektrik peçi,televizor,soyuducular quraşdırılmışdır. ƏOŞ gündə 3 dəfə isti yeməklə təmin olunurlar.
Mərkəzdə bütün sanitar-gigyenik qaydalara əməl olunur. Ayda iki dəfə Mərkəzdə dezinfeksiya işləri aparılır.
Mərkəzin həyətyani sahəsində yeni asfalt örtüyü çəkilmiş və yeni növ ağaclar və güllər əkilmişdir. Hər tərəf müasir işıqlanma ilə təmin olunmuşdur. Bundan əlavə həyətyani sahədə Əoş-in rahat istirahəti üçün söhbətkah və oturacaqlar quraşdırılmışdır.
Əsaslı təmirdən sonra mərkəzdə binanın daxilində və həyətyani sahədə kameralar quraşdırılmışdır.
44 günlük Vətən müharibəsi zamanı yaralanmış qazilərimizə və şəhid ailələrinə mərkəzdə onlara sosial psixoloji reabilitasiya kursları keçirilmişdir və bu da onların yenidən cəmiyyətə inteqrasiyasına kömək etmişdir. Bununla yanaşı qazilərimizə tibbi reabilitasiya xidmətləri də göstərilmişdir.
Bu gün Reabilitasiya Mərkəzində olan hər bir vətəndaş mərkəzin rəhbərliyindən və kollektivindən öz razılığını bildirir.
Elşad Barat




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
Məşhur aktyor çəkildiyi serialdan qovuldu
"Qulağım eşidə-eşidə dedi ki, Rahidə NƏ GÜNƏ QALIB?"
“Waiting room”a çevrilən ADY - Milyonluq rəqəmsal infrastruktur niyə tab gətirmədi?